Ölü yiyələri mollalardan imtina edir: “Quran” “Youtube”dan oxudulur

13.07.2017 - 11:35

Sosial şəbəkələr həyatımıza tamamilə sirayət edib. Bunlardan biri də qəbir üstündə molla tərəfindən “Quran” oxunmasının səs yazısı ilə əvəzlənməsidir. Bəziləri yalançı, nə oxuduğunu özündən başqa heç kim bilməyən mollaya 3-5 manat verib “Yasin” oxutdurmaqdansa, elə telefonda səs yazısı, yaxud “Youtube”dan “Quran” oxuyanın videosunun izlənilməsini daha məqbul hesab edir. Hətta bunu namaz vaxtı telefonlarda azan oxunması ilə müqayisə edənlər də var…

Cumhuriyyet.net-in məlumatına görə, ilahiyyatçı, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli modern.az-a deyib ki, qəbir üstündə “Quran” oxunmasının Allah qatında savabı çoxdur: “İslamda dünyadan köçmüş insan üçün “Quran”ın savabının hədiyyə edilməsi var. Bəzən soruşurlar ki, ölüyə niyə “Quran” oxunur? Əslində, ölüyə “Quran” oxunmur. “Quran“ın savabı dünyadan köçmüş insana hədiyyə edilir. Necə ki, istənilən insan özündən sonra bir kitab yazıb qoymuş olsun, məscid tikdirmiş olsun, xeyriyyə evi, yaxud qonaqlar üçün yataqxana tikdirmiş olsun, bir bulaq qazdırsın və s. Bütün bunların savabı öləndən sonra da ona çatır. “Quran” oxunan zaman həm də onu oxuyan savab qazanır, bir şərtlə ki, bilən adamlar tərəfindən düz oxunsun”.

Hacı Şahin bildirir ki, İslam “Youtube”dan, yaxud hansısa səs yazısından “Quran” oxunmasını, dinlənilməsini qadağan etmir: “Amma “Quran”ın canlı oxunması tamamilə başqadır. Burada “Quran”ın özü ilə insanların təması çox bəyəniləndir. Qəbir üstündə “Quran”ın səs yazısından səslənməsi dini baxımdan qadağan olunmasa da, mən bunu düzgün hesab etmirəm. Azan məsələsi tamamilə fərqlidir. Azan məscidlərdə canlı oxunur. Sadəcə, bəzi proqramlar var ki, telefona yazdırmaqla namazın vaxtını bilmək olur. Amma “Quran”ın oxunması mahiyyət etibarilə fərqlidir. Hətta mən tövsiyə edirəm ki, “Quran” ərəbcə oxunduqdan sonra tərcüməsi də deyilsin, izah edilsin”.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=96461

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31