“WhatsApp” və “Twitter” hökumətdən müdafiə oluna bilmir

14.07.2017 - 01:51

“Electronic Frontier Foundation” şirkətinin əməkdaşları müxtəlif İT şirkətlərinin məlumatlarının hökumətdən müdafiəsi səviyyəsi ilə bağlı təhlil aparıblar

Cumhuriyyet.net lent.az-istinadən xəbər verir ki, 26 müəssisənin qiymətləndirildiyi meyarlar hökumətlə əlaqədə şəffaflıq, istifadəçilər haqqında məlumatların üçüncü şəxslərə ötürülməsinə qadağa, ABŞ-da dövlət sorğularının qanuniliyinin yoxlanılması və dövlətin ölkə vətəndaşlarını izləməsinə şirkətin münasibəti sahəsində aparılıb.

Təhlilin nəticəsinə əsasən, məlum olub ki, istifadəçilər haqqında məlumatların daha az müdafiə səviyyəsi “Microsoft” və “Google” korporasiyalarındadır. Bundan başqa, “Twitter” və “WhatsApp” şirkətləri də bu göstərici üzrə autsayderlər olub.

Mütəxəssislər “Adobe”, “Dropbox”, “Lyft”, “Pinterest”, “Uber” və “WordPress” kimi şirkətlərin istifadəçi məlumatlarının təhlükəsizliyini daha yüksək qiymətləndiriblər.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=96533

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31