PalSüd-də maaş böhranı – FOTOLAR

15.07.2017 - 14:40

PalSüd MMC-nin işçilərinə 1 milyon manatdan çox borcu var

Cumhuriyyet.net bildirir ki, “Qaynarinfo”-nun verdiyi xəbərə görə, ötən gün 7-8 ay müddətində əmək haqlarını ala bilməyən zavod işçiləri aksiya keçiriblər. Bundan əvvəl də oxşar hadisə baş vermişdi. Təxminən 20 gün əvvəl şirkətlə müqavilə əsasında çalışan süd qəbul məntəqələrinin 60-a yaxın işçisi ümumilikdə 1 milyon manat dəyərində onlara ödəniləcək vəsaitlərin bir il müddətində gecikdirilməsinə etiraz ediblər.

Şikayətçilərin sözlərinə görə bu pullar şirkətə süd verən ayrı-ayrı vətəndaşların haqqıdır. Məsələ ilə əlaqədar rəsmi qurumlara məlumatlar verilib.

Dünən aksiya iştirakçılarından bir neçə nəfər polis şöbəsinə çağrılaraq onlardan şikayət ərizələri alınıb. Aksiyada iştirak edən PalSüd MMC-ni ona 27 min manat borcu olduğunu deyən Sahib Abdullayev zavod rəhbərliyinin aksiya iştirakçıları ilə görüşündə möhlət istədiyini, lakin bu möhlət vaxtının bitdiyini söyləyib.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=96597

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31