“WhatsApp”da bu yeniliklər işə düşdü

15.07.2017 - 14:55
“WhatsApp”a yeni funksiyaları əlavə edən yenilənmə gəlib
Cumhuriyyet.net-ə istinadən xəbər verir ki, artıq bu messencer vasitəsilə istənilən formatda faylı göndərmək artıq mümkündür. Bundan əlavə, yazılmış mətnin tərzini də dəyişmək olar.
Əvvəllər “WhatsApp” vasitəsilə yalnız PDF, Docx və Xlsx formatlı faylları göndərmək olurdu. İçində foto olan faylı belə göndərmək mümkün deyildi. İndi isə artıq istənilən formatda faylı istənilən şəxsə göndərmək mümkündür.
Əgər istifadəçi bir dəfəyə bir neçə fayl göndərsə və ya qəbul etsə, həmin fayllar çat daxilində bir qovluğa cəmləşəcəklər. Bu cür özəllik əsasən aktiv qrup çatları üçün əla seçimdir.
Həmçinin zənglər ekranı da dəyişib. Bundan sonra gələn zənglərə cavab vermək üçün barmaq hərəkətini yana deyil, yuxarı etmək lazım olacaq. İlk öncə bu funksiyalar test mərhələsində idi. İndi isə tədricən bütün istifadəçilər üçün aktiv olacaq.
cumhuriyyet.net

 

Short URL: http://www.cumhuriyyet.net/?p=96601

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31