Yol polisi plyonkaya görə səfirlik maşınına cərimə yazdı – VİDEO

17.07.2017 - 14:14

Qaydalar hamı üçündür, diplomatların qayda pozmağa haqqı yoxdur

Qırğızıstanın paytaxtı Bişkek şəhərində yol polisilərinin keçirdiyi reyddə maraqlı hadisə baş verib. Şüşələrin şəffaflığı ilə bağlı keçirilən bu reyddə Qazaxıstan səfirliyinə məxsus avtomobilin şüşələrində qanunsuz plyonka olduğu üçün polis əməkdaşı sürücünü saxlayaraq ona qanunun tələbini izah edib və sürücüyə cərimə yazıb.
Bizim ölkədən fərqli olaraq digər xarici ölkələrdə belə hadisələr adi hal kimi qarşılanır. Çünki həmin ölkələrdə bütün sürücülər bərabərhüquqludur.
Bizim yol polis əməkdaşları deputatları, səfirlik əməkdaşlarını, hakimləri və bu kimi digər şəxsləri məsuliyyətə cəlb etməkdən çəkinirlər. Ancaq onu da qeyd edək ki, qayda pozan hər bir şəxsi kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb etmək olar. Heç kəs inzibati məsuliyyətdən azad oluna bilməz. (Avtosfer.az)

cumhuriyyet.net

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=96778

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31