Azercell-in prezidenti nüfuzlu “Keyfiyyətdə Mükəmməllik” beynəlxalq konfransında

17.07.2017 - 18:32

Şirkət kommunikasiya xidmətləri üzrə aparıcı provayder kimi mükafatlandırılıb

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC növbəti beynəlxalq mükafata layiq görülüb. Şirkət “Keyfiyyətdə Mükəmməllik” beynəlxalq konfransında  milli bazar və beynəlxalq reytinqdə güclü mövqeyinə, müasir idarəetmə texnologiyalarının uğurla həyata keçirilməsinə, personalın yüksək hazırlıq səviyyəsinə və səmərəli marketinq strategiyasına görə mükafatlandırılıb. Azercell-in kommunikasiya xidmətləri üzrə aparıcı provayder kimi mükafatlandırıldığı konfransda şirkətin prezidenti Vahid Mürsəliyev iştirak edərək mükafatı qəbul edib. Avropa Biznes Asambleyası Azercell Telekom MMC-nin gələcəkdə  daha da uğurlu və sürətli inkişafına inanaraq, konfransda iştirak etdiyinə görə Vahid Mürsəliyevə öz minnətdarlığını bildirib.
Məlumat üçün bildirək ki, İsveçrənin Luserne şəhərində keçirilən “Keyfiyyətdə Mükəmməllik” Beynəlxalq Konfransı Avropa Biznes Asambleyası (Birləşmiş Krallıq), Oksford Elmi Birliyi (Birləşmiş Krallıq), Avropa Tibb Assosiasiyası (Belçika) və İsveçrə Keyfiyyət Standartları İnstitutunun (İsveçrə) birgə dəstəyi nəticəsində baş tutan illik tədbirdir. 54 ölkədən 200—dən çox regional biznes, professional və elm nümayəndələri bir araya gəldiyi tədbirdə mütəxəssislər biznesin təkmilləşdirilməsi və müsbət sosial transformasiya istiqamətində bir-biri ilə fikir mübadiləsi aparıblar. Konfransda  əsas diqqət 4 sektorda mükəmməlliyin rol modellərinə: şəhərin idarəolunması, korporativ, səhiyyə/tibbi səyahət və təhsilin idarəolunması sahələrinə yönəldilib.
Qeyd edək ki, Azercell dəfələrlə yerli və beynəlxalq qurumlar tərəfindən mükafatlandırılıb. Şirkətin qazandığı beynəlxalq mükafatlar sırasında “Stevie Beynəlxalq Biznes”, “Socialbakers Engage Award”, Socially devoted” və s. kimi nüfuzlu mükafatlar yer alır. (pia.az)
cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=96783

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31