Daha bir xəstə həkim səhvinin qurbanı oldu — VİDEO

18.07.2017 - 08:35

Daha bir xəstə səhv əməliyyat olunduğunu iddia edir. Əməliyyatdan sonra xəstənin ayağı daha da pisləşib.

Damar genişlənməsi şikayəti ilə xəstəxanaya gedib, ancaq səhv əməliyyat ucbatından aylardır şəfa tapa bilmir.
Hadisə 53 yaşlı Şölə Quliyevanın başına gəlib. O, uzun illər varikoz kimi tanınan damar genişlənməsindən əziyyət çəkib və ötən ilin noyabr ayında Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə ayağını əməliyyat etdirib. Düz 2 ay xəstəxanada yatdıqdan sonra evə göndərilib.
Yenə həkimə müraciət edib. Bu dəfə də yarada qalan bint və ya sap çıxarılıb. Amma xəstənin ayağı sağalmaq əvəzinə hər gün daha da pisləşib. Məcburən Şölə Quliyeva müayinə üçün başqa özəl bir xəstəxanaya müraciət edib. Həmin xəstəxanadan əməliyyatın səhv edildiyi bildirilib.
Xəstəni Angioloji Mərkəzdə həkim Azər Şəmsəddinski əməliyyat edib. İddia ilə bağlı suallarımızı Azər Şəmsəddinskiyə ünvanlamaq istədik, amma cəhdlərimiz boşa çıxdı. Çünki onun telefonuna zəng çatmadı.
Angioloji Mərkəzin şöbə müdiri Vəli Nəsibov isə əməliyyatın səhv olduğunu eşidəndə təəccübləndi və mərkəzin indiki baş həkimi ilə əlaqə saxlamağımızı söylədi.
Gəldik, amma bizi xəstəxanaya buraxmadılar və baş həkim Yunis Eyyubovun bizi yalnız iş saatında qəbul edə biləcəyi deyildi. Biz isə xəstaxanaya çatanda saat 15:56 idi. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət etdik. Nazirlikdən deyildi ki, xəstə Səhiyyə Nazirliyinə rəsmi müraciət etməlidir və komissiya tərəfindən araşdırma aparılmalıdır. /xezerxeber.az/

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=96795

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930