Təhlükəli toyuq əti Azərbaycan bazarında

19.07.2017 - 18:04

Azərbaycanda insan həyatı üçün təhlükəli toyuq əti satılır

Cumhuriyyet.net Xeberle.com – a istinadən xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov (AİB) haqqın.az-a bildirib ki, məhsullar Ukraynadan ölkəmizə gətirilib.
O bildirib ki, keçən ilin may ayında istehlakçılar AİB-ə şikayət edərək bildiriblər ki, “Qualiko” (Viniskaya toyuq fabrikası) toyuq məhsullarında nəmliyin miqdarı çoxdur.
E. Hüseynovun sözlərinə görə, AİB-in ekspertizası müəyyən edib ki, həmin məhsullarda nəmliyin miqdarı normadan çoxdur, norma 4% olduğu təqdirdə bu məhsullarda nəmlik 40% olub. Üstəlik, toyuq məhsullarına naməlum kimyəvi maddələr əlavə olunub.
AİB sədri qeyd edib ki, təzəlikcə “Qualiko” toyuq məhsulları yenidən Azərbaycan bazarına daxil olub. Bu dəfə ekspertizanı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Komissiyası keçirib. Nəticədə toyuq məhsullarında normadan artıq baytarlıq preparatları aşkar edilib: “Məhsulun insan həyatı üçün təhlükəli olması təsdiqlənib. AİB bununla bağlı sənədləri Baş Prokurorluğa göndərib. Lakin bizdə olan məlumata görə, “Qualiko” məhsulları Bakının mərkəzində Mirəli Qaşqay küçəsində, Keşlə, Sumqayıt, Xırdalan, Lənkəranda və Gəncədə satılır. Əsasən, təhlükəli məhsullar Bakıda toyuq dönəri üçün geniş istifadə olunur”.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=96991

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930