Anar Məmmədxanovun anadan olmasından 47 il ötür

20.07.2017 - 11:20

Bu gün ictimai xadim, Azərbaycan Respublikası I, II və III çağırış Milli Məclisinin deputatı olmuş Anar Məmmədxanovun doğum günüdür

Cumhuriyyet.net xəbər verir ki, o, 1970-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Bakı şəhəri 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə ali məktəbi bitirib.

1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub.

Anar Məmmədxanov Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi.

1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub.

O, 2011-ci il aprelin 23-də qəfil ürək tutması nəticəsində vəfat edib.

Evli idi, üç övladı yadigar qalıb.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=97021

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31