“Azərtelekom”un rəhbəri dəyişdi

20.07.2017 - 14:35

 

“Azərtelekom” MMC-nin rəhbəri dəyişib

“APA-Economics”in əldə etdiyi məlumata görə, Fuad Allahverdiyev şirkətin baş icraçı direktoru təyin olunub. F. Allahverdiyev Haim Maimonu əvəzləyib.

F. Allahverdiyev “APA-Economics”ə açıqlamasında faktı təsdiqləyib. O, əlavə edib ki, şirkət hazırda inkişaf strategiyası üzərində çalışır və fəaliyyətini aktivləşdirmək niyyətindədir.

Qeyd edək ki, “Azərtelekom” Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə beynəlxalq naqilli telefon əlaqəsi, internet, eləcə də məlumat və səs ötürülməsini təklif etməklə, naqilli rabitə bazarında fəaliyyət göstərmək məqsədilə təsis edilib. “Azərtelekom” şəbəkəsi Azərbaycanı şimaldan cənuba və qərbdən şərqə qonşuları Rusiya, Gürcüstan və İranla birləşdirir.

Şirkətin səhmdarları “Azərfon” MMC (95%), “Aztelekom” MMC (2,5%) və “Bakı Telefon Rabitəsi” MMC-dir (2,5%).

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=97035

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31