Aytənlə Elvinə niyə ev verilməyib?

20.07.2017 - 14:58

Dünəndən jurnalistlər üçün tikilən 2-ci binada ev sahibi olan 255 media nümayəndəsi sosial şəbəkələrdə sevinclərini bölüşürlər

Cumhuriyyet.net Qafqazinfo-ya istinadən xəbər verir ki, onlar İlham Əliyevə təşəkkür edərək göstərilən diqqəti yüksək qiymətləndiriblər. Eyni zamanda, ev ala bilməyən jurnalistlər də fikirlərini bölüşüblər.

Onlardan bəziləri həmkarlarının mükafatlandırılmasına sevinsələr də, bir neçəsi narazılıq edərək bəyanatla çıxış edib. Həmin jurnalistlərdən biri “Space TV”nin əməkdaşı Elvin Basqallı, digər isə ATV-nin əməkdaşı Aytən Səfərovadır.

KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyadan verilən məlumata görə, hər iki jurnalistin müraciəti araşdırılıb və məlum olub ki, E.Basqallının təcrübəsi 7 il olduğu üçün kriteriyalara uyğun gəlməyib, A.Səfərovanın isə mənzil şəraitinin yaxşı olduğu aşkarlanıb: “Bu səbədən hər iki jurnalistə müsbət cavab verilməyib”, – deyə komissiyadan bildirilib.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=97037

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31