AFFA-a qarşı şok ittiham – Yarım milyon avro mənimsənilib

23.07.2017 - 23:54

İspaniya yığmasının 2009-cu ildə Azərbaycan millisi ilə keçirdiyi yoxlama görüşü ilə bağlı şok ittiham ortaya atılıb. BakuPost.az xəbər verir ki, abc.es saytı bu haqda yazıb. Saytın iddiasına görə, ispanların Bakıya gəlməsi üçün AFFA-dan alınan pulun yarıdan çoxu mənimsənilib. Bildirilir ki, həmin vaxt AFFA qarşı tərəfə bu səfər üçün 700 min avro ödəniş edib.
Lakin bu yaxınlarda korrupsiya əməllərinə görə həbs edilən İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyarın oğlu Qorka Vilyar bu məbləğin yalnız 200 min avrosunu yerli federasiyaya ödəyib. Qalan 500 min avronun “yeyintidə” istifadə edildiyi faktı ortaya çıxıb.
Maraqlıdır ki, bu, Vilyar ailəsinin yeganə qanunsuz hərəkəti olmayıb. Onlar bir neçə dəfə analoji addıma əl ataraq, şəxsi büdcələrini zənginləşdiriblər. Qorka Vilyar 2012-ci ildə Cənubi Koreya ilə oyun üçün qarşı tərəfdən aldıqları 1,2 milyon avronun da 870 minini İspaniya Futbol Federasiyasının büdcəsinə köçürüb.
Qeyd edək ki, 2009-cu il iyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – İspaniya qarşılaşması qonaqların 6:0 hesablı qələbəsi ilə nəticələnib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=97177

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930