5 milyonluq məktəbli bazarı işbazların əlində

24.07.2017 - 00:09

Yeni tədris ili yaxınlaşdıqca vahid məktəbli formalarının qiyməti də bahalaşır. Hər il məktəbli geyimlərinin qiyməti ən azı 10-15 manat bahalaşır. Bakı Tikiş Evinin rəhbərliyi bildirir ki, bahalaşmaya səbəb məktəbli formalarının tikilməsində istifadə olunan materialların Türkiyədən dollarla alınmasıdır.Bir sözlə, məktəbli geyimlərinin qiymətləri dolların məzənnəsindən asılı olaraq tənzimlənir. Hər il bahalaşan məktəbli formalarının valideynlər tərəfindən alınması çətinləşir.Ümumiyyətlə isə ekspertlər Azərbaycanda məktəbli bazarının həcminin 5 milyon dollar yaxın olduğunu bildirir və bunun işbazlara böyük məbləğlər qazandıracağını deyir.
Məsələ burasındadır ki, orta məktəblərdə Bakı Tikiş Evinə aid geyimlər tələb edilir. Yoxlama zamanı Bakı Tikiş Evinə aid olmayan geyimlərə görə şagirdlər danlanır və valideynlərə müəyyən xəbərdarlıqlar göndərilir. Bu tələb valideynlərin çiddi narazılığına səbəb olub.Əksəriyyət Bakı Tikiş Evinin istehsalı olan geyimlərin keyfiyyətsiz olduğunu düşünürlər.Hətta hesab edirlər ki, forma üçün istifadə edilən parça və digər materiallar Türkiyədən deyil, Çindən gətirilir.
Ekspertlərin fikirincə isə məktəbli geyimlərinin tikilməsinin yalnız bir müəssisəyə tapşırılması monopoliyadır.Bu rəqabət mühitinin formalaşdırılmasının qarşısını alır.Geyimin bir müəssisə tərəfindən təmin edilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Bu təkliflə zaman-zaman millət vəkili Siyavuş Novruzov da çıxış etmişdi. O, demişdi ki, ölkədə süni inhisarçılığın qarşısını almaqdan ötrü məktəbli formalarının tikilməsi bir neçə sexə və ya tikiş evinə tapşırılmalıdr. Belə müəssisələrin sayı ölkədə çox olmalıdır.Azərbaycanda məktəbli formasının biznesə çevrildiyini deyən millət vəkili məktəbli geyimlərinin satışında da ciddi problemlərin olduğuna diqqət çəkib. Bu arada deputat həmkarının fikirlərini dəstəkləyən millət vəkilləri də olmuşdu. Məlahət İbrahimqızının sözlərinə görə, məktəbli formaları sintetik tərkibli materiallardan istehsal olunur.Belə ki, bu da həm keyfiyyətə, həm də onu geyinən uşaqların orqanizminə mənfi təsir göstərir. Spiker Oqtay Əsədov isə vahid məktəbli formasının tətbiqində məqsədin şagirdlərin geyim bərabərliyinin təmin olunmasını bildirmişdi.
Ekspertlər hesab edirlər ki, məktəbli geyimlərini valideynlər istənilən sexdən ala bilərlər.Onlara hər hansı məhdudiyyətin qoyulması düzgün deyil.Əgər belə sexlər paralel fəaliyyət göstərərlərsə, rəqabət mühitinin formalaşmasına zəmin yaranır.
Millət vəkili Fazil Mustafa məsələnin yenidən parlamentin gündəliyinə çıxarılacağını deyib: “Parlament oktyabr ayında başlayır. Məktəbli forması isə sentyabr ayında satılır.Bu yağış yağandan sonra bəndi bərkitməyə bənzəyir.Məktəbli forması, dərslik məsələləri zənginliyi ilə öyünən bizim ölkədə valideynin üzərinə qoyulmamalıdır.Dövlət özü buna maraqlı olmalıdır ki, uşaq oxusun, geyinsin, hər hansı problem yaşamasın.Təəssüf ki, Azərbaycanda bu məsələlər valideynin üzərinə bir yük kimi qoyulur.Çox zaman da bunun mənfi effektini sonra görürük.Təhsil elə bir məsələdir ki, burda işə əl qoyulması ölkənin yaşıllaşdırılmasına bənzəyir.Yəni, su verməyəcəksənsə, ağaclar solacaq və ekoloji fəlakət baş verəcək. Əslində təhsilə diqqətin bu formadan bir qədər az olması müəyyən dərəcədə intellektual fəlakətin başlaması üçün səbəb olur. Ona görə də hansı sahədən xərclər azaldılırsa azaldılsın, mədəniyyət və təhsil sahəsindən bu xərcləri azaltmaq olmaz.Dediyim kimi, bu məsələlər yük olaraq valideynin üzərinə qoyulmamalıdır.Dövlətimiz bu məsələdə daha fərqli bir siyasət yürüdərək, vətəndaşların təhsillə bağlı sıxıntılarını ortadan qaldırmalıdır”.
Qeyd edək ki, Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov hazırda manatın məzənnəsi stabilləşdiyindən məktəbli formalarının qiymətində dəyişiklik gözlənilmədiyini bildirib. Amma milli valyutanın məzənnəsində baş verə biləcək dəyişiklikdən sonra qiymətlərin bahalaşacağını da istisna etməyib.
Cəbhə.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=97181

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930