İnterneti məhv edən yeni hücum tipi yayıldı

26.07.2017 - 10:57

Cinayətkarlar “IoT” botnetlərindən (“Əşyalar interneti” sahəsi üzrə qurğuların daxil olduğu xüsusi proqramlar) interneti məhv edən miqyaslı, ağır nəticələrə səbəb olan hücumlar üçün platforma kimi istifadə edə bilərlər

Cumhuriyyet.net Ictnews-a istinadən xəbər verir ki, “Cisco” şirkətinin ekspertləri 2017-ci ilin birinci rübü üçün informasiya təhlükəsizliyi üzrə hesabatda yeni tip təhlükənin – təşkilatlara sistemlərin və hücumdan sonrakı məlumatların bərpası üçün lazım olan ehtiyat surətləri və təhlükəsizlik sistemlərini (safety net) məhv edə bilən “xidmətin dayandırılması” (destruction of service, DeOS) tipli hücumların yayılmasını qeyd edirlər.

Tədqiqatçılar qeyd edir ki, “Əşyalar interneti”nin (Internet of Things, IoT) yaranması ilə əsas sahələrdə əməliyyatların çoxu real vaxt rejiminə keçirilir ki, bu da hücumların üfüqünü genişləndirir, onların miqyasını artırır və nəticələrini çətinləşdirir.

“Hücum edənlər şirkətlərin, həm iri, həm də kiçik müəssisələrin fəaliyyətini pozmaq məqsədilə yaxşı düşünülmüş hücumlar hazırlayırlar. Onlara biznesin informasiya texnologiyalarının sıfırdan bərpası üzrə ehtiyat plana malik olmaması məlumdur və onlar bu boşluqdan öz maraqları naminə istifadə edirlər”, – hesabatda deyilir.

“DeOS” hücumlarının mənşəyi barədə ətraflı məlumat verilmir.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=97265

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31