“Google” şirkəti yeni axtarış sisteminə keçir

27.07.2017 - 17:12

“Google” şirkəti axtarış nəticələrini axtarış sorğusunu yazmağa başlayarkən göstərən texnologiyadan imtina edəcək

Cumhuriyyet.net lent.az-a istinadən xəbər verir ki, şirkət hələ axtarış sorğusunu yazmağa başlayarkən nəticələri dərhal göstərən “İnstant” texnologiyasından vaz keçmək qərarına gəlib. Bu barədə “Google” nümayəndəsi “Search Engine Land” nəşrinə açıqlamasında deyib.

Texnologiya 2010-cu istifadəyə verilib. “Google” o zaman axtarış prosesində fundamental dəyişiklik adlandırıb. Şirkət nümayəndəsinin sözlərinə görə, “İnstant” ona görə işlənib hazırlanıb ki, istifadəçiyə mümkün qədər tez müddətdə lazımi nəticələr təqdim olunsun. Lakin bu texnologiya masaüstü cihazlar üçün nəzərdə tutulmuşdu. “O vaxtdan bəri ən müxtəlif mobil cihazlardan axtarış sorğuları verilir. Bunu diqqətə alaraq biz “İnstant”ı ləğv edərək axtarışı bütün cihazlarda daha sürətli etməyə qərar verdik”, – deyə “Google” təmsilçisi söyləyib.

Bundan sonra axtarış sistemi axtarış nəticələrini o vaxt yükləməyə başlayacaq ki, onlar təqdim olunan sorğu variantlarından birini seçib, onu daxil etsinlər.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=97370

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31