Həccə gedənlər vergi ödəyəcək – MƏBLƏĞ
Səudiyyə Ərəbistanı hökuməti yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq edib.
2015-ci və 2016-cı illərdə həcc ziyarətində olub və bu il də həcc ziyarətinə getmək niyyətində olanlar viza üçün 2000 rial (535 dollar) məbləğində vergi ödəməlidirlər.
“Marva Tur” şirkəti 2017-ci ildə həcc ziyarətinə yenidən gedən zəvvarların şirkətin ofisinə təcili olaraq müraciət etmələrini istəyib.
“Təəssüf ki, vergi ödənişi edilmədən zəvvarların xarici pasportları səfirliyə göndərilməyəcək”, – deyə şirkətdən bildirilib.(vergiler.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=97491