Azərbaycanda fəaliyyət göstərən səfirliklərin sayı 64-ə çatdı

07.08.2017 - 18:45

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə Kosta Rikanın Azərbaycana yeni təyin olunan müvəqqəti işlər vəkili Jairo López Bolañosu ilə görüşüb.

XİN-dən “Ölkə.Az”a verilən məlumata görə, Jairo López Bolaños müvafiq təyinatı və Kosta Rikanın Azərbaycanda səfirliyinin açılması ilə əlaqədar olaraq, bu ölkənin xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanzın Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova göndərdiyi məktubunu qarşı tərəfə təqdim edib.
Görüşdə Azərbaycan və Kosta Rika arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlikdən bildirilib ki, Kosta Rikanın Azərbaycanda səfirliyinin açılması ilə Azərbaycanda 64 ölkənin səfirliyi, 12 beynəlxalq təşkilatın nümayəndəliyi və 4 Baş Konsulluq fəaliyyət göstərir.

Short URL: http://www.cumhuriyyet.net/?p=97714

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31