Nobel prospektində təhlükəli yeraltı keçid: piyadalar buradan keçmir

07.08.2017 - 19:34

Bakının Xaqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində yerləşən yeraltı piyada keçidi zülmətə bürünüb. Uzunluğu 280 metr olan keçiddə işıqlar yanmadığından, həmin əraziyə yolu düşənlər təhlükə ilə üz-üzə qalır. Bunu virtualaz.org-a yaxınlıqda yaşayan sakinlər də təsdiqləyiblər. Onların sözlərinə görə, yeraltı keçid uzun olduğuna görə, hətta gündüz saatlarında da gün işığı ilə işıqlanması qeyri-mümkündür. Naəlac qalan sakinlər qaranlıq keçidə girmək əvəzinə, həyatlarını təhlükəyə ataraq, keçidin üzərindəki avtomobil yolundan keçməyə üstünlük verirlər.

“Bu yol çox təhlükəli idi, piyada keçidi olmadan buradan keçmək mümkün deyildi. Burada keçid tikəndə sevindik ki, rahat keçib gedə biləcəyik. Cəmi bir neçə ay olar istifadəyə verilib, artıq keçiddə işıqlar yanmır. Xüsusən də, qadınlar və uşaqlar buradan keçməyə ehtiyat edirlər. Çünki 300 metrə yaxın uzunluğu olan qaranlıq tuneldə hər cür kriminal hadisə baş verə bilər”, – deyə Xətai rayon sakini Məmmədəli Musayev bildirir.

Sakinlərin sözlərinə görə, problem təkcə keçidin qaranlıq olması ilə bağlı deyil. Keçidə düşmək üçün qoyulan eskalatorlar da işləmir. Qaranlıq, xəlvət yer olduğundan, sakinlər buranı zibilliyə çeviriblər. Nəticədə, bir neçə ay öncə açılışı olan keçid xarabalığı xatırladır.

Xatırladaq ki, Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yerləşən yeraltı piyada keçidi bu ilin aprelində istifadəyə verilib. Keçidin ümumi uzunluğu 4 istiqamət üzrə giriş-çıxış hissələr də daxil olmaqla 280 metr, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidin giriş-çıxış hissəsinə 8 ədəd çöl şəraitində quraşdırılan eskalator qoyulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=97726

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31