Polis Ağcabədidə 6 kq-a yaxın marixuana tutdu

08.08.2017 - 13:25

Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

DİN-in mətbuat xidmətində verilən məlumata görə, rayon ərazisindəki evlərdən birinin həyətində narkotik tərkibli bitki yetişdirilməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.
Məlumatın yoxlanılması məqsədilə yaradılan əməliyyat qrupu şəhər sakini Novruz Abdullayevin yaşadığı ünvana gəlib. Həmin evdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həyətdə kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu, həmçinin külli miqdarda qurudulmuş halda olan narkotik vasitə aşkar edilib. Götürülmüş narkotik vasitə tərkibinin müəyyən edilməsi üçün ekspertizaya təqdim olunub.
Ekspertiza həmin vasitənin 5 kiloqram 825 qram marixuana olması barədə rəy verib.
Faktla əlaqədar Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, müvafiq araşdırmalar aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=97828

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31