Azərbaycanlılar Rusiyada üsyana qalxdı – Həbsxanada

08.08.2017 - 14:08

Bu günlərdə Rusiyanın Xakasiya Respublikasında məhbəs həyatı yaşayan Azərbaycan vətəndaşları yenidən məhkəmə qarşısına çıxarılacaqlar. Onlar Tacikistan və Qırğızıstan vətəndaşları ilə birlikdə həbsxanada kütləvi qarışıqlıq və üsyan qaldırmaqda ittiham edilirlər.
Virtualaz.org Rusiya Federasiyası İstintaq Komitəsinin Xakasiya Respublikası üzrə İstintaq İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2016-cı ilin yayında 35 saylı islah-əmək düşərgəsində cəzalarını çəkən Azərbaycan, Tacikistan və Qırğızıstan vətəndaşları kütləvi qarışıqlıq törədiblər.
Rəsmi məlumata əsasən, onlar düşərgədəki rejimin yüngülləşdirilməsini tələb ediblər.
2016-cı ilin iyulunda 242 məhbus həbsxananın yataq hissəsində barrikadalar quraraq üsyan qaldırıblar. “Onlar həbsxananın qoyduğu rejim üzrə deyil, istədikləri vaxt namaz qılmaq, ibadət etmək, tanınma nişanları olmadan gəzmək, yuxarı düyməni bağlamamaq, arzuladıqları yerdə siqaret çəkmək kimi tələblər irəli sürüblər.
Üsyan vaxtı həbsxanaya 1 milyon 700 min rubl zərər vurulduğu bildirilir.
Ötən ilin iyul ayının 25-də fakt üzrə cinayət işi qaldırılıb. Üsyan təşkilatçılarından birinin istintaqla işbirliyinə gedərək, 2 il müddətinə azadlıqdan məhrum edilmə cəzası aldığı bildirilir. Onun hansı ölkənin vətəndaşı olduğu barədə məlumat verilmir.

Short URL: http://www.cumhuriyyet.net/?p=97834

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31