“Araz” marketdə BİABIRÇILIQ: kiflənmiş kolbasa, milçək… – FOTO (YENİLƏNDİ)

08.08.2017 - 14:20

Araz Supermarketlər Şəbəkəsi Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən marketdə ət və balıq məhsullarının üzərində milçəklər dolaşması və kolbasaların kiflənməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildirilib ki, Araz Supermarketlər Şəbəkəsində kolbasa və bu kimi digər məhsullara hər gün nəzarət olunur:

“Biz müştəri məmnuniyyətinə daima önəm verərək, müştərilərinə təzə və keyfiyyətli məhsullar təqdim edirik. Qeyd edilən hal barədə bildirmək istəyirəm ki, kolbasa və bu kimi məhsulların saxlanma şəraitinə ciddi əməl olunur. Ümumiyyətlə isə, servelat kolbasalarının üzərində adətən ağ rəngli təbəqə müşahidə olunur ki, bu da duzdur. Bu növ kolbasalarda saxlanma şəraitindən aslı olmayaraq duzlanma olunur. Yəni kolbasanın üzəri bağırsaqla örtülü olduğu üçün məhsuldakı duz kütləsi bağırsağın üzərində toplanır. Buzovna qəsəbəsində fəaliyyət göstərən sözügedən market yeni fəaliyyətə başlayıb və burada bütün infrastruktur yenidən qurulub.

Müştərilərimiz hər hansı xoşagəlməz halla qarşılaşarlarsa, (012) 924 nömrəsinə zəng etmələrini xahiş edirik. Bundan başqa sosial şəbəkələrdə də bizə yazaraq məlumat verə bilərlər”.

***

Bakıda “Araz” marketlər şəbəkəsində anti-sanitar vəziyyət hökm sürür.

Publika.az PrimeTime.Az-a istinadən xəbər verir ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Araz” marketdə ət və balıq məhsullarının üzərində milçəklər dolaşır. Həmçinin, həmin marketdə kiflənmiş kolbasalar da satılır.

Sözügedən görüntüləri təqdim edirik:

Short URL: http://www.cumhuriyyet.net/?p=97838

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31