Prezidentlərin oxuduğu Azərbaycan universitetləri: Diplomlarımız hansı ölkədə tanınır?

09.08.2017 - 08:32

Kamran Əsədov: “Afrikada 3 ölkənin prezidenti, baş naziri, dövlət adamları Azərbaycan Neft Akademiyasının məzunlarıdır”

Xaricdə təhsil alan tələbələrin diplomlarının Azərbaycanda tanınıb-tanınmaması məsələsi yenə müzakirə mövzusudur. Ekspertlər hesab edir ki, Azərbaycan universitetlərinin diplomlarının xaricdə, xarici universitet diplomlarının isə ölkəmizdə tanınması hələ də təhsillə bağlı başlıca problemlərdən biri olaraq qalmaqdadır. Maraqlıdır, Azərbaycan ali məktəblərinin verdiyi diplomların xaricdə tanınması prosesi hansı şərtlərlə həyata keçirilir?

Təhsil eksperti Kamran Əsədov “Cümhuriyət” qəzetinə bildirib ki, beynəlxalq hüququn normaları əsasında bir birini siyasi və iqtisadi cəhətdən tanıyan ölkələrin hər birinin normativ hüquqi aktları digər ölkələrdə qəbul edilir və tanınır:

“Türkiyə vətəndaşları Azərbaycanda təhsil aldıqdan sonra öz ölkələrinə qayıtdıqda aldıqları təhsil üzrə fəaliyyət göstərmək üçün həmin ixtisas üzrə nümunə imtahanı keçirilir. Ondan 80 faizdən çox nəticə əldə etdikdə, çalışa bilərlər. Lakin bütün dünyada Azərbaycan ali təhsil müəssisələrinin verdiyi təhsil sənədləri qeyd-şərtsiz tanınır. Sadəcə olaraq, ölkələr öz daxillərində məzunun bilik və bacarıqlarının, sahib olduğu kompetensiyaları yoxlamaq hüququna malikdirlər.Hal-hazırda Afrikada 3 ölkənin prezidenti, baş naziri, dövlət adamları Azərbaycan Neft Akademiyasının məzunlarıdır.Düzdür, son illər ərzində Azərbaycan universitetlərinin beynəlxalq reytinqi o qədər də artmayıb, lakin onların o qədər də yüksək səviyyədə olmayan təhsilləri dövlətlər arasında müqavilələr əsasında tanınır”.

Ekspert əlavə edib ki, Azərbaycanda hüquqşünas və tarix müəllimi ixtisasları üzrə təhsil alan tələbə ölkəsində özəl sektorda rahat şəkildə fəaliyyət göstərə bilər:

“Qanunvericiliklə müəyyən edilmiş qaydada heç bir məhdudiyyət qoyulması nəzərdə tutulmur. Amma dövlət sektorunda çalışmaq üçün mütləq şəkildə özünün təhsil sənədini, bilik və bacarıqlarını müəyyən edilmiş tələblər səviyyəsində müəyyən etməlidir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=97853

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31