Bir telefon zənginə qadın sürücünü buraxan yol polisi – VİDEO

13.08.2017 - 11:07

Sürücülərə aid qadağalarla yanaşı, yol polisinin də qadağaları var. Sürücülərə tətbiq olunan yasaqlara polis nəzarət etdiyi halda, yol polisinin pozduğu qanunları kimin izlədiyindən cəmiyyət xəbərsizdir. Məhz buna görə jurnalistlər ara-sıra onların səhvlərini ictimai müzakirəyə çıxarırlar.

Belə hallardan biri dünən İstiqlaliyyət küçəsində baş verib. Milli.Az xəbər verir ki, qayda pozduğuna görə yol polisi tərəfindən saxlanılan xanım sürücü qanun keşikçisinin özünü qanunu pozmağa vadar edib. Yol polisi xanım sürücünü saxlayaraq sənədlərini tələb edir, sürücü isə ona sənəd yox, mobil telefon uzadır. Yol polisi telefonu ondan götürməyərək uzaqlaşsa da, xanım maşından düşərək mobil telefonu israrla polisə verib kiminləsə danışmağa təhrik edir. Yol polisi isə telefonu alıb xanım sürücünün zəng etdiyi şəxslə danışır və sonra telefonu ona qaytarır, heç bir sənədi yoxlamadan onu sərbəst buraxır.

Həmin mənzərəni əvvəldən-axıradək mobil telefonla çəkmişik. Ümid edirik ki, yol polisi işıqlandırdığımız məsələ ilə bağlı rəsmi mövqeyini açıqlayacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=97909

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31