Azərbaycan Atletika Federasiyası Ramil Quliyevə görə “Fənərbaxça” prezidentini təhdid edib – şok İDDİA

13.08.2017 - 14:38

Türkiyənin “Fənərbaxça” idman klubunun başqanı Əziz Yıldırım bu klubun üzvü, Londonda keçirilən dünya çempionatında 200 metr məsafəyə qaçış üzrə birinci yerə çıxıb sensasion qələbə qazanan Ramil Quliyevə görə Bakıdan təhdid məktubu alıb.

Virtualaz.org xəbər verir ki, bunu klubun atletizm şöbəsinin başqanı Fikret Çetinkaya Türkiyə mətbuatına açıqlamasında deyib.

Çetinkaya deyib ki, Ramil Quliyevi Türkiyə idmanına Əziz Yıldırımın razılığı ilə məhz o qazandırıb.

“Ramili dəvət etdik, atası ilə birlikdə gəldi. Azərbaycan vətəndaşı olaraq “Fənərbaxça” lisenziyası ilə qaçışlarda iştirak etdi. Buna görə Azərbaycanda problemlər yaşadı. Bir müddət ondan xəbər ala bilmədik. Atası Bakıya dönəndən sonra vəfat etmişdi. Dramatik bir şəkildə başladıq. Azərbaycanla problemlər böyüdü. Ramil Quliyevə Qətərdən, Rusiyadan təkliflər gəlirdi. Ancaq o, “Fənərbaxça”nı tanıyırdı, burada qalmaq istədi. Həyat yoldaşı ilə birlikdə Türkiyəyə yerləşdi. Bu dəfə Azərbaycan Atletika Federasiyası ilə problemlər yaşadıq. Əziz Yıldırımı təhdid edən məktub gəldi, Azərbaycan federasiyasından…”, – Fikret Çetinkaya bildirib.

Xatırladaq ki, bundan əvvəl Ramil Quliyev özü də Bakıdan onu təhdid etdiklərini, Azərbaycana qayıdacağı halda həbslə hədələndiyni “Hürriyet” qəzetinə danışıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=97923

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31