Sabahdan ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır

14.08.2017 - 11:00

Sabahdan ali məktəblərin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayır. Proses avqustun 19-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının kodlarını da göstərə bilərlər.
Ali məktəblərin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.
Həmçinin, orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub. Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən almaq, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Short URL: http://www.cumhuriyyet.net/?p=98021

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31