“Təfəkkür” Universitetinin aqibəti necə olacaq?

14.08.2017 - 15:53

Cari ildə Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr edilən “Abituriyent” jurnalının sonuncu nömrəsində ölkəmizdə fəaliyyət göstərən bütün dövlət və özəl ali təhsil müəssisələrinin adları yer alsa da, “Təfəkkür” universitetinin adı göstərilməyib. Əldə etdiyimiz məlumata görə, universitetə tələbə qəbulun aparılmaması ilə yanaşı, hazırda orada təhsil alan tələbələrinin bir qismi öz universitetlərini dəyişdirmək istəyirlər. 

Universitetin aqibəti hələ ki müəmmalı olsa da, rəhbərlik tərəfindən tələbələrdən 2017/2018-ci tədris ilinin təhsil haqqları tələb olunub. Bəs universitetdə qalıb təhsilini davam etdirmək istəyən tələbələrin aqibəti necə olacaq?

“Qafqazinfo” sözügedən məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərib. Nazirlikdə sorğuya tam cavab verilməsə də, ümumi olaraq bildirilib ki, Azərbaycanda tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Sabah portalda elektron ərizələrin qəbulu başa çatacaq. Mövcud qaydalara əsasən, hər bir tələbə portalın imkanlarından yararlanaraq təhsil aldığı ali təhsil müəssisəsini və eyni ixtisas qrupu çərçivəsində ixtisasını dəyişmək hüququna malikdir.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Təsisçilər Şurası Təhsil Nazirliyinə müraciət edərək, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=98059

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31