Çimərlikdə alt paltarında namaz qılan qız – VİDEO

14.08.2017 - 22:54

Türkiyənin Bodrum şəhərindəki istirahət məkanlarının birində namaz qılan qadının videogörüntüsü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Publika.az xəbər verir ki, qadın çimərlik paltarında və ictimaiyyətin gözü qarşısında namaz qılıb.

O, bu hərəkətilə bağlı açıqlamasında azanı eşitdikdən sonra geyinməyə zamanı olmadığını və namaza gecikməmək üçün istirahət etdiyi yerdə ibadətini yerinə yetirdiyini deyib. Bəs hamının gözü qarşısında, çılpaq şəkildə namaz qılmaq düzgündürmü?

“Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov ümumilikdə qadınların çimərliyə getməsinə qarşı çıxıb:

“Əlbəttə ki, bu düzgün bir əməl deyil. Bir qadının çimərliyə getməsi və orada ictimaiyyətin gözü qarşısında çimməsi qəbuledilməzdir.

İbadət geyimi və məkan məsələsinə gəldikdə isə qadınların ibadət edərkən yalnız üzü və biləkdən aşağı əlləri açıq qala bilər. Qalan hər yeri örtülü olmalıdır və bu geyim formasının heç bir istisnası yoxdur. Kişilər ibadət edərkən çiyindən dizə qədər örtülü olmalıdır.

Namaz yeganə ibadət növüdür ki, qadın evdə tək də olsa, bu zaman başını örtməlidir. Məkana qaldıqda isə ibadəti gecikdirməmək üçün ictimai məkanda namaz qılına bilər. Təbii ki, bir kənara çəkilmək şərtilə”.

İlahiyyatçı Elşad Miri İslam qaydalarına görə, çılpaq namaz qılmağın yolverilməz olduğunu deyib:

“Din insana öz yaradılışındakı saf duyğularla səslənişin bir formasıdır.

Nəinki İslam, hər hansı bir dinə sitayiş edən insanın hər kəsin gözü qarşısında, istənilən vəziyyətdə ibadət etməsini səmimi qəbul etmirəm. Həmin qadın başqa bir qapalı məkana da gedib ibadətini edə bilərdi. Onun bu hərəkəti şou xarakterlidir. Bir qadının bu cür hərəkət etməkdə məqsədi başqa nə ola bilər ki”?

Müsəlmanlar ibadət zamanı hansı geyim qaydalarına riayət etməlidirlər?

“İnsan öncə çalışmalıdırlar ki, ibadət edərkən ona rahat olan geyimlərdən istifadə etsin. Çünki ibadət zamanı Allahın qarşısına çıxır və bu zaman sadəcə səmimiyyətini ortaya qoymalıdır. Yəni, ibadəti necə qavrayırsa, o şəkildə də yerinə yetirməlidir. “Maliki” məsələsinə görə, qadın əgər evdə naməhrəm insan yoxdursa, ibadət edərkən başını açıq saxlaya bilər. Lakin ictimai məkanlarda nəinki çılpaq, ümumiyyətlə, ibadət etmək bəyənilməyən hərəkətdir”.

Azvision.az xəbər portalının baş redaktoru Vüsal Məmmədov isə məsələyə tam fərqli aspektdən yanaşıb:

“Sadəcə onu deyə bilərəm ki, həmin xanım İslam dininə diqqət çəkmək baxımından təkbaşına bütün ilahiyyatçılardan qat-qat artıq iş görüb. Əgər onun tərəfdarları çoxalsa, dünyada ateist qalmayacaq. Necə ibadət edir, özü bilər. Biz kimik ki, hökm çıxaraq?”

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=98070

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930