Toyuğun kəsib atdığımız bu hissəsi Çinə 50 milyon dollara satılır

14.08.2017 - 23:24
Çinə Türkiyədən toyuğun ayaq hissəsi ixrac edilməyə başlayıb. 5 ayda bu ticarətdən 20 milyon dollarılıq kar edilib. Dünyanın ən böyük 8-ci cücə istehsalçısı olan Türkiyə ilin sonunda bu rəqəmin 50 milyon dollara çatdırılmasını hədəfləyib.
1994-ci ilə qədər tullantı hesab edilən toyuq ayağı Çin bazarının kəşf edilməsi ilə gəlirli sahəyə çevrildi. Təkcə ötən il 314 milyon dollarlıq toyuq əti ixrac edən Türkiyə Çinə ötən il 49 min 500 ton cücə ayağı ixrac edib.  Qeyd edək ki, iki ölkə arasında toyuq əti ixracı üçün lazım olan müqavilələrin olmaması səbəbindən toyuq ayağı Çinə Honq Konq və Vyetnam üzərindən ixracı edilir.
Maraqlıdır, Azərbaycan da toyuq əti istehsalından daha çox gəlir götürmək üçün belə bir ixraca imza ata bilərmi? (moderator.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=98077

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31