Hüseyn Cavid bağında “Pulsuz Wi-Fi” quraşdırıldı

20.08.2017 - 09:46

Hüseyn Cavid bağında “Pulsuz Wi-Fi” quraşdırıldı.

“Baktelecom”dan verilən məlumata görə, “Pulsuz Wi-Fi”ın əhatə dairəsi genişlənir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Bakı Telefon Rabitəsi” MMC tərəfindən mart ayından etibarən həyata keçirilən “İctimai İnternet” layihəsi üzrə “Pulsuz Wi-Fi” xidmətindən artıq paytaxt sakinləri və şəhərimizin qonaqları Hüseyn Cavid bağında da istifadə edə bilərlər.
Qeyd edək ki, indiyədək “İctimai İnternet” şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.
Yaxın vaxtlarda Dədə Qorqud parkı da “Pulsuz Wi-Fi” xidmətinin əhatə zonasına daxil ediləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=98239

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31