Sosial şəbəkələrdə “İlham Əliyevin dostları” səhifəsi yaradıldı

21.08.2017 - 21:00

Bir qrup Azərbaycan jurnalisti sosial şəbəkələrdə yeni təşəbbüslə çıxış edib. Onlar “İlham Əliyevin dostları” səhifəsini yaradıblar. “Facebook” və “İnstagram”da, eyni zamanda, “Twitter”dəki hesablarda Azərbaycan Prezidentinin jurnalistlərlə görüşləri, kütləvi informasiya vasitələri işçilərinin sosial müdafiəsini yaxşılaşdırmaq üçün görülən işlər, eləcə də dövlətimizin başçısı barədə jurnalistlərin qələmə aldıqları yazılar yerləşdirilir.

Azərbaycan Mətbuat Şurasından “Qafqazinfo”ya verilən məlumata görə, səhifələrin əsas məqsədi Prezident İlham Əliyevin media sahəsindəki strategiyasını təbliğ etmək, ümumən mövcud istiqamətdəki dövlət siyasəti ilə bağlı ortaq informasiya platforması yaratmaqdan ibarətdir.

Fəaliyyət göstərdiyi qısa müddətdə “İlham Əliyevin dostları” “Facebook” səhifəsini bu sosial şəbəkənin minlərlə istifadəçisi ziyarət edib və bəyənib. “Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərin dostu olmaqla yanaşı, ölkədə söz və ifadə azadlığının qorunmasının ən böyük təminatçısıdır”, – deyə səhifənin təqdimat bölümündə bildirilir.

“Prezidentimizi sevmək, dövlətə və dövlətçiliyə sədaqət göstərmək ümdə borcumuzdur”, “Dövlət başçısının jurnalistlərin dostu olması mətbuatın ən böyük uduşudur”, “Dost olmaq da ayrı bir qürurdur!”- səhifənin dəyərləndirmələr bölməsində jurnalistlər Azərbaycan Prezidentini medianın dostu seçilməsini belə şərh edirlər.

Səhifədə, həmçinin dövlət başçısının fəaliyyətini əks etdirən fotoalbomlar və müxtəlif KİV-lərdə dərc edilmiş materiallar da yer alıb. Təşəbbüsçülər öz həmkarlarını mövcud səhifənin konsepsiyasına zidd olmayan materiallar paylaşmağa, şərhlər yazmağa, diskussiyalara qatılmağa dəvət edirlər. Səhifədə artıq Prezidentin rəsmi saytına istinadən məktublar, sənədlər, müxtəlif KİV-lərdə dərc olunmuş və mətbuata dövlət qayğısını əks etdirən yazılar da yerləşdirilib.

Azərbaycan Mətbuat Şurası ölkə mediasının və ictimaiyyətinin nümayəndələrini jurnalistlərin bu təşəbbüsünə qoşulmağa, səhifələrdə fəal şəkildə öz fikirlərini bildirməyə, Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin media siyasətini dəstəkləməyə çağırır

Short URL: http://www.cumhuriyyet.net/?p=98320

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31