Uşaqlar arasında yoluxucu virus yayılıb – Təhlükəlidirmi?

21.08.2017 - 21:04

Son günlər uşaqlar arasında qızdırma, qusma halları kəskin artıb.

“Qafqazinfo”nun məlumatına görə, Respublikanın baş infeksionisti Cəlal İsayev AzVision.az-a bildirib ki, hələ 3-4 ay öncə uşaqlar arasında rotaviruslar yayılmışdı.

“Yay aylarında belə virusların-enterovirusların, rotavirusların yayılma ehtimalı var. Bunlar uşağın həyatı üçün adətən təhlükə təşkil eləmir. Yüngül infeksiyalar olur, 3-4 gün müddətində uşaqda qızdırma və ya digər simptomlar müşahidə edilir, sonra isə müalicə tələb etmədən çıxıb gedir”.

C.İsayev qeyd edib ki, hazırkı dövrdə Azərbaycan üçün epidemioloji situasiya təhlükə təşkil etmir. “Uşaqlar arasında hazırda yayılan virusun nə olduğunu dəqiqləşdirmək lazımdır. Adi kliniki xəstəxanalarda laborator müayinə aparmaq çətindir və bunun dəqiq müayinəsi lazımdır”.

Baş infeksionist əlavə edib ki, epidemioloji situasiya gərgin olmadığı üçün bahalı müayinələr aparmağa ehtiyac qalmır: “Pediatrların qeyd etdiyi kimi, bu vəziyyətlə bağlı kütləvi müraciət yoxdur. Düzdür, eyni simptomlarla müraciət edənlər var, lakin kütləvi şəkildə deyil. Uşaqlar arasında yayılan bu infeksiyalar ciddi təhlükə təşkil etmir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=98326

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31