Meyxanaçı Bayram Kürdəxanlını maşın vurub, öldürdü

23.08.2017 - 08:36

Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi avtomobil vuraraq öldürüb. Hadisə Kürdəxanı qəsəbəsində baş verib. Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən “Peugeot” markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

***02:32

Meyxanaçının sənət yoldaşı və dostu, meyxana ustası Ağamirzə Məmmədov “Report”a bildirib ki, Bayram Kürdəxanılı yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən avtomobil tərəfindən vurulub.

Həkimlərin sözlərinə görə, Bayram Kürdəxanılı ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 3 Saylı Kliniki Tibbi Mərkəzin həkimləri onun vəziyyətini ağır kimi qiymətlənidiriblər.

Fakt araşdırılır

Short URL: http://www.cumhuriyyet.net/?p=98478

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31