“Qarabağ” mərhələ keçsə, hansı səbətə düşəcək? – SİYAHI

23.08.2017 - 15:55

Çempionlar Liqasının qrup mərhələsi üçün səbətlərin tərkibi açıqlanıb.

Artıq bu mərhələnin 32 iştirakçısından 27-si bəllidi. Qalan 5 xoşbəxtin adı bu gecə keçiriləcək “play-off” mərhələsinin son oyunlarından sonra müəyyənləcəşək.

27 komandadan yalnız “Seltik”in yer alacağı səbət bəlli deyil. “Astana”nı keçən Şotlandiya klubu böyük ehtimalla 4-cü səbətə düşəcək. Bu “Liverpul”dan aslıdı. İngiltərə klubu “Hoffenhaym” səddini keçsə, “Seltik” 4-cü, əks halda 3-cü səbətdə yer alacaq. “Liverpul” səfərdəki ilk oyunda rəqibini 2:1 hesabı ilə yenib.

“Play-off”un qalan 4 cütlüyün qalibi 4-cü səbətə düşəcək. Onlardan biri “Kopenhagen” – “Qarabağ” cütlüyünün qalibi olacaq. “Qarabağ” ilk oyunda Danimarka klubunu 1:0 hesabı ilə yenib. Azərbaycan çempionu bu gün sərfəli nəticə əldə etsə, püşkatma zamanı ən zəiflərin yer aldıtı sonuncu səbətdə yer alacaq.

Çempionlar Liqası

Qrup mərhələsi

Səbətlər

I səbət: “Real”, “Bavariya”, “Çelsi”, “Yuventus”, “Benfika”, “Monako”, “Spartak” (Moskva), “Şaxtyor”.

II səbət: “Barselona”, “Atletiko”, PSJ, “Borussiya” (Dortmund), “Sevilya”, “Mançester Siti”, “Portu”, “Mançester Yunayted”.

III səbət: “Napoli”, “Tottenhem”, “Bazel”, “Olimpiakos”, “Anderlext”, “Roma”, “Beşiktaş”, “Liverpul” (İngiltərə) – “Hoffenhaym” (Almaniya) cütünün qalibi və ya “Seltik”.

IV səbət: “Feyenord”, “Maribor”, “Leypsiq”, “Seltik” və ya “Liverpul” (İngiltərə) – “Hoffenhaym” (Almaniya) cütünün qalibi, “Kopenhagen” (Danimarka) – “Qarabağ” (Azərbaycan) cütünün qalibi, “Slaviya” (Çexiya) – APOEL (Kipr) cütünün qalibi, “Styaua” (Rumıniya) – “Sportinq” (Portuqaliya) cütünün qalibi, ÇSKA (Rusiya) – “Yanq Boyz” (İsveçrə) cütünün qalibi

qaynarinfo.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=98564

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31