Bayram Kürdəxanlının ölümündən öncəki meyxanası izləmə rekord qırdı – “Maşın gəlir, qabağa baxım, sağa baxım, ya sola baxım?” – VİDEO
Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi avtomobil vuraraq öldürüb.
Xəbər verdiyimiz kimi ötən gecə Kürdəxanı qəsəbəsində toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən “Peugeot” markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
A24.az-ın məlumatına görə, onun Bakı toylarının birində Aydın Xırdalanılı ilə bərabər “Maşın gəlir, qabağa baxım, sağa baxım ya sola baxım?” meyxanası sevənləri tərəfindən kədər hissi sosial şəbəkələrdə paylaşılıb.
Həmin videonu sizə təqdim edirik.
Short URL: http://www.cumhuriyyet.net/?p=98568