“Yəqin ki, Sərkisyan narahatlıqlarını Putinə çatdırıb və ondan müvafiq cavablar alıb”

26.08.2017 - 09:51

Politoloq: “Rəqibin, düşmənin addımlarını dəqiq qiymətləndirmək lazımdır ki, ona uyğun tədbirlər görə biləsən”

“AST Telman” ləqəbli azərbaycanlı iş adamı, bir müddətdir müflis olan Telman İsmayılov yenidən gündəmə gəlib. Əgər zaman-zaman “AST Telman” maliyyə problemləri və müflis olması ilə bağlı daha çox gündəmə gəlirdisə, indi də qardaşının adının qətl işində hallanması ilə əlaqədar barəsində söz açılmağa başlanıb.

“Serj Sərkisyanın Soçi səfərindən dərin nəticələr çıxarmağa ehtiyac yoxdur. Məncə, bu, sıradan və növbətçi səfərlərdən biri idi. Bilirsiniz ki, Vladimir Putin bir qədər əvvəl eyni şəhərdə Azərbaycan prezidentini qəbul etmişdi. Düşünürəm ki, Rusiya tərəfi müttəfiqi Ermənistanın mümkün narahatlığını aradan qaldırmaq üçün Sərkisyanı da Soçiyə dəvət etməyi məqsədəuyğun saydı”.

Politoloq Şahin Cəfərli bu fikirləri “Yeni Müsavat”a işğalçı ölkə başçısının prezident Putinlə son görüşü şərh edərkən və görüş ətrafında gedən diskussiyalara münasibət bildirərkən söylədi. Onun sözlərinə görə, ola bilsin ki, Putin Azərbaycan prezidenti ilə Qarabağ münaqişəsinin həllinə dair apardığı söhbətin məzmunu barədə erməni həmkarını məlumatlandırıb: “Yəni, o baxımdan ki, ”Qarabağ məsələsi ilə bağlı sizdən gizli bir işimiz yoxdur, qorxmayın”.

Politoloq Sərksiyan-Putin görüşünün detallarının açılqlanmamasına baxmayaraq, müzakirə mövzusu ola biləcək digər mühüm məsələdən də bəhs etdi: “Digər müzakirə mövzusu Türkiyə-Rusiya əlaqələrinin son vaxtlar istiləşməsi ola bilər. Rusiya Türkiyəyə “C-400″ zenit-raket kompleksləri satmağa hazırlaşır. Ermənistan onsuz da Moskvanın Azərbaycana silah satmasından narazıdır, indi Türkiyəyə də müasir silah sisteminin satılması, ümumiyyətlə, Ermənistanın öz təhlükəsizliyi baxımından təhdid mənbəyi saydığı Türkiyənin Rusiya ilə yaxınlaşması İrəvanın narahatlığını və Kremldən narazılığını artırır. Əlavə olaraq, son günlər Türkiyənin Avrasiya İttifaqının Gömrük Birliyinə qoşulması ideyası da ortaya atılıb. Yəqin ki, Sərkisyan bu məsələlərlə əlaqədar narahatlıqlarını Putinə çatdırıb və ondan müvafiq cavablar alıb”.
Politoloq bildirdi ki, biz bəzən Ermənistanın rolunu həddən artıq kiçildirik, amma bölgədə baş verənləri anlamaq üçün obyektiv və soyuq dəyərləndirmələrə ehtiyac var: “Rəqibin, düşmənin addımlarını dəqiq qiymətləndirmək lazımdır ki, ona uyğun tədbirlər görə biləsən. Özümüzü aldatmaqla heç nə qazanmırıq. Bir neçə gün əvvəl Milli Məclisin hakim partiyadan olan üzvünün açıqlamalarını oxudum, anlatmağa çalışırdı ki, Ermənistan Qərblə əl altından əməkdaşlıq qurur, NATO təlimlərinə qatılır və bununla Rusiyaya xəyanət edir. O bildirirdi ki, Rusiya bunu başa düşəcək və Ermənistanı cəzalandıracaq filan. Mən bu fikirlərlə razı deyiləm. Etiraf etmək lazımdır ki, işğalçı qonşumuz Rusiya üçün lazımlı müttəfiqdir. Ermənistanda Rusiyanın iki hərbi bazası var və bunlar Moskvanın istər Qafqaz, istərsə də Yaxın Şərq regionundakı maraqlarının qorunması baxımından böyük əhəmiyyətə malikdir. Ermənistan NATO üzvü Türkiyə ilə həmsərhəddir və bu baxımdan Rusiya üçün bufer rolunu oynayır”.

Ekspert qeyd etdi ki, Ermənistan önəmli regional aktorlardan biri olan İranla sərhədə malikdir, bu baxımdan da Rusiya üçün önəmi var: “Ermənistan Yaxın Şərq regionunun lap yaxınlığında yerləşir və ərazisindəki Rusiya hərbi bazaları ilə Suriyadakı Rusiya bazaları arasında məsafə yaxındır. Suriyadakı Rusiya hərbi kontingenti ilə bağlı fors-major situasiya yaranarsa, yaxud hər hansı digər məqsəd üçün Ermənistandan qısa müddətdə ora əlavə qüvvə göndərilə bilər. Gürcüstanın NATO-ya inteqrasiyasının sürətlənməyə başladığı və ABŞ-Rusiya konfrontasiyasının şiddətləndiyi bir məqamda Ermənistandakı hərbi bazaların Moskva üçün önəmi daha da artır. Rusiyanın Ermənistanla, eləcə də Gürcüstanın separatçı regionları ilə birləşmiş ordu qruplaşması yaratmasını əsas səbəblərindən biri məhz budur – ABŞ və NATO təhlükəsidir. Bu səbəblə, Rusiyanın Ermənistanı cəzalandırmasını, onun maraqlarına zərbə vurmasını gözləmək doğru deyil. Rusiyaya Ermənistanın apardığı siyasət barədə məlumat vermək və onların arasını vurmaq cəhdi də bir az qeyri-ciddi görünür, Moskva nələr baş verdiyini bizdən daha yaxşı bilir”.

Image result for Ş.Cəfərli

Ş.Cəfərli qeyd etdi ki, Ermənistan NATO təliminə qatılırsa, bunu Rusiyaya meydan oxumaq məqsədilə etmir, böyük ehtimalla Moskvanı qabaqcadan məlumatlandırmaqla bu addımı atır: “Ona görə də biz özümüzə təsəlli məqsədli fikirlər irəli sürmək əvəzinə, öz milli təhlükəsizlik problemlərimizi köklü şəkildə həll etmək yolları üzərində düşünsək və cəmiyyətimizi milli məsələlər ətrafında bir araya gətirsək, daha yaxşı olar. Bu gün bizimlə bənzər problemləri yaşayan keçmiş sovet ölkələri öz yollarını seçiblər və o yolda irəliləməyə çalışırlar. Yəni strategiyaları var. Avroatlantik inteqrasiya yolunu seçmiş Gürcüstan 3 gün əvvəl ABŞ-la növbəti hərbi anlaşma imzalayıb. Gürcüstan Müdafiə Nazirliyi ilə ABŞ-ın Avropa komandanlığı arasında imzalanan memoranduma əsasən amerikalılar Gürcüstan ordusu üçün 9 yeni batalyon hazırlayacaq və bunların təlim-təchizatına məsul olacaqlar. Bu anlaşma Vaşinqton və Tiflis arasında daha öncə razılaşdırılmış ”Gürcüstanın müdafiəsinə hazırlıq proqramı” çərçivəsində atılan addımlardan biridir”. Politoloq Kiyev və Kişinyovun da öz mövqeyini qətiləşdirməsinə diqqət çəkdi: “İki gün əvvəl Kiyevdə Ukraynanın müstəqillik bayramı münasibətilə NATO əsgərlərinin iştirakı ilə hərbi parad keçirildi. ABŞ-ın müdafiə naziri də Müstəqillik günündə Ukrayna xalqına və dövlətinə dəstək nümayiş etdirmək məqsədilə Kiyevdə idi. ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Poroşenkoya təbrik məktubunda bəyan etdi ki, Vaşinqton Ukraynanın ərazi bütövlüyünü bərpa etmək üçün əlindən gələni edəcək. Bu, çox önəmli və birmənalı dəstəkdir. Moldova isə BMT-də rus ordusunun Dnestryanı ərazidən çıxarılması tələbini qoyur, NATO ilə əməkdaşlığı genişləndirir. Təbii ki, bu ölkələrin seçdiyi yolun hələlik istənilən nəticələri vermədiyini, torpaq itkiləri hesabına başa gəldiyini söyləmək olar. Amma əsas odur ki, onlar nə istədiklərini bilir, seçimlərini ediblər və əziyyətlə də olsa, həmin yolda irəliləməyə çalışırlar. Bəs biz, Azərbaycan olaraq, nə edirik? Düşdüyümüz dalan vəziyyətindən çıxmaq üçün hansı strategiyamız var? Mən hər hansı strategiya və uzunmüddətli perspektivə hesablanmış siyasət görmürəm. Bəlkə də var, biz bilmirik”.

musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=98721

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31