Daha bir dövlət qurumunda Apellyasiya Şurası yaradıldı

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb. Komitənin sədr müavini Dövlətxan Dövlətxanovun rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasının tərkibinə komitənin müvafiq şöbələrinin […]

 Bakıdakı “Formula 1″in biletləri bu qiymətlərə olacaq

2016-cı ildə Bakı Şəhər Halqasında gerçəkləşəcək “Formula-1” Avropa Qran-prisi üçün biletlərin qiymətləri açıqlanıb. SalamNews-un məlumatına görə, Bakı Şəhər Halqasından bildiriblər ki, biletlər müxtəlif kateqoriyalara görə 19 – 472 dollar (739 manat) arasında dəyişəcək. “Abşeron” tribunasına (3 gün) olan biletlərin qiyməti 472 dollar, “İçərişəhər” tribunasına 294 dollar, “Muğam” 245 dollar, Qız Qalası 188 dollar, “Bulvar” 120 […]

Kerri Moskvanı və İranı hədələdi: “Yoxsa qoşun yeridəcəyik”

“Əgər Dəməşqdəki rəhbərlik, Rusiya və İran atəşkəs barədə razılaşmaya əməl etməsə, bu,Suriyaya əlavə quru qoşunlarının yeridilməsinə səbəb ola bilər”. APA-nın məlumatına görə, bunu “Orient” telekanalına müsahibəsində ABŞ dövlət katibiCon Kerri deyib. C. Kerri deyib ki, onlar öhdəliklərini yerinə yetirməsə, dünya ictimaiyyəti bunu sakit izləməyəcək. Dövlət katibi Rusiyanı atəşkəsə əməl edilməli olduğu rayonları bombardman etməyi dayandırmağa […]

Əli Həsənov: “Neft gəlirlərini paylayanda demirik ki, bu rayonda talışlar, yaxud ləzgilər, tatlar, türklər yaşayırlar”

“Azərbaycanda digər dinlərin nümayəndələri də yaşayır. Bununla belə, qeyri-islam dininə mənsub olan insanlar sıxışdırılmır, təqib olunmurlar. Əksinə, onlara böyük hörmətlə yanaşılır. Buna görə də Azərbaycandakı tolerantlıq və multikultural mühit bu gün bütün dünyada nümunə kimi göstərilir”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. O qeyd edib ki, ölkədə multikultural […]

Neft “istirahətə” yüksək qiymətlə getdi

Ötən gecə Amerika birjalarının bağlanması ilə neftin qiyməti də bazar ertəsi gecəsinə qədər “istirahətə” gedib. Virtualaz.org saytı xəbər verir ki, Brent markalı neftin qiyməti dünən gün ərzində 9%-dən də çox yüksələrək 32,79 dollar təşkil edib.

Dollar kreditləri məsələsi niyə dalana dirənib?

Dollar kreditləri ilə bağlı problem həll olunmadan qalmaqdadır. Ekspertlər dəfələrlə vəziyyətdən çıxmaq üçün təkliflər versələr də, problem ciddiliyini qoruyur. Bu səbəbdən ölkədə geri qaytarıla bilməyən kreditlərin həcmi kəskin artıb. Üstəlik, bank sistemi daha da çətin duruma düşüb. Ekspertlər sonunda dövlətin məsələyə müdaxiləsini vacib sayırlar. Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, problemin […]

Nazir balaları əsgərliyi harada çəkirlər?

Müdafiə naziri Zakir Həsənovun nazir övladlarını da orduya çağırması barədə general-leytenant Yaşar Aydəmirovun fikirləri gündəmin əsas mövzularından birinə çevrilib. Cümhuriyyət.az musavat.com-a istinadən bildirir ki, indiyə qədər iri ranqlı dövlət məmurlarının, eləcə də imkanlı şəxslərin övladlarının orduya getməməsi, yaxud adlarını yalnız hərbi hissələrdən birinə yazdırmaları, əvəzində kasıb balalarının orduya aparılması kimi cəmiyyətdə gəzən fikirlər daim gündəmdə olub. […]

Generalın qohumunu kimlər və niyə “sındırıblar”?

Bir qrup idmançı dostu ilə yanacaqdoldurma məntəqəsinə gələrək orada operator və mühafizə xidmətlərini yerinə yetirən şəxsləri döyən İsa Əzizovun həbsxana fotoları yayılıb. Həmin fotolarda İ.Əzizovun türmənin həyətini süpürdüyü qeyd olunub. Cümhuriyyət.az musavat.com-a istinadən bildirir ki, bu isə artıq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Bunu bir “bərkgedən”in məqsədli şəkildə “sındırılması”, bunun mediaya ötürülməsi kimi qiymətləndirən də var, […]

Mingəçevir teatrının direktoru polisə çağırıldı – QALMAQAL

Mingəçevir Dövlət Dram Teatrı ətrafında qalmaqallar səngimək bilmir. Ölkə.az-ın əldə etdiyi məlumata görə, teatrın direktoru Səxavət Məmmədov bir neçə gün öncə Mingəçevir Şəhər Polis İdarəsinə çağırılıb. Direktorun polisə çağırılmasının səbəbi isə iki nəfərin (hələlik adlarını qeyd etmirik-red.) “kitabxanaçı” adı ilə dram artisti ştatına götürülməsi və hələlik tam dəqiqləşdirə bilmədiyimiz digər məsələlərdir. Hətta şəhər polis idarəsinin […]

Əgər bunlar alınsa, turist əlindən tərpənə bilməyəcəyik

Xəzər dənizinin sahilləri turistlər üçün açıq elan ediləcək. Bu barədə Milli.Az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (ATA) baş katibi Müzəffər Ağakərimov deyib. Onun sözlərinə görə, ATA ölkədə turizmin inkişafı məqsədilə müvafiq qurumlar qarşısında bir sıra təkliflərlə çıxış edib: “Bu təkliflər həmişə olub, indi də var və onlar heç də mücərrəd deyil, praktikidir. Biz ilk növbədə Xəzər […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29