Obamanı başdan edən Azərbaycanlı gözəl – FOTOLAR+VİDEO

Aysel Manafovanın prezidentliyə namizədlə yolları necə kəsişib? “Respublikaçıların isteblişmenti əndişədədir ki, o, partiyanın ən mümkün namizədidir. Deyirlər ki, onun prezident olmaq üçün xarici siyasət təcrübəsi yoxdur. İnsafən demək lazımdır ki, o illər ərzində bütün dünya boyunca liderlərlə görüşüb: Məsələn Miss İsveç, Miss Argentina, Miss Azərbaycan…”. Bu açıqlamanı ABŞ prezidenti Barak Obama verib. ABŞ prezidenti Barak Obama […]

Erməni saytları vahimə yayır- Azərbaycandan hücum gözləyirlər

Və ya Ağdərədən qaçıb Vanadzorda doğan erməni qadın necə sülhpərvər oldu? Mayın 2-də Ermənistanın kütləvi informasiya vasitələri bir-birinin ardınca Azərbaycanla bağlı həyəcanlı xəbərlər yayıblar. Musavat.com xəbər verir ki, erməni mətbuatı Ermənistan Müdafiə Nazirliyinin məlumatına istinad edib. Bu xəbərlər isə Ermənistanda və Qarabağ erməniləri arasında vahimə yaradıb. Hətta hazırda Helsinkidə səfərdə olan Ermənistan XİN başçısı Edvard […]

Xarici şirkət yüz milyonlarla dolları Azərbaycandan necə çıxarıb…

Böyük Britaniyanın “AMEC Services Limited” şirkətinin Azərbaycana vurduğu zərərlə bağlı araşdırmalar davam edir. Virtualaz.org xəbər verir ki, neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı şirkətin fəaliyyətinin yoxlanılması üçün Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edib. Təşkilatın rəhbəri Mirvari Qərhrəmanlı virtualaz.org saytına bildirib ki, araşdırma zamanı “AMEC Services Ltd” şirkəti ilə BP arasında […]

Fövqəlgüclü Abdolbari Gözəlin – iflası?

Televiziya ekranlarında və KİV səhifələrində ölkənin aparıcı oliqarxlarından biri, «Azərsun Holdinq»in Müşahidə Şürasının sədri Abdolbari Gözəlin görünməsi bizim üçün nadir hadisə deyil. İldə bir-iki dəfə səliqə-sahmanlı, gülərüz, biznes üçün ölkədə normal şərait yaradan Azərbaycan hökumətindən razılığını bildirən simasını görməyə alışmışıq. Lakin onun sonuncu dəfə mətbuat qarşısında çıxışı, açığını desək, ekspertlər arasında bir qədər ziddiyyətli fikirlərə […]

Ermənilərin “meyitpulu” kəsildi – SOSİAL PARTLAYIŞ

Ermənistanda ölən əsgərlərin ailələrinə verilən pensiyalar dayandırılıb. Publika.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Müharibədə oğlu itkin düşən Svetlana Sarkisyan 2014-cü ildə ona verilən vəsaitin heç bir səbəb göstərilmədən kəsildiyini deyir. Onun oğlu I Qarabağ müharibəsində itkin düşüb. Svetlana pensiyanın kəsilməsi ilə bağlı müdafiə naziri Seyran Ohanyana məktub yazsa da, cavabda onun […]

Rəhim Qazıyev Ərdoğanla görüşündən danışdı: “Hönkür-hönkür ağladılar”

İnternet resurslarında Türkiyə prezidenti R.T.Ərdoğanın 1993-cü ilə aid çıxışı yayılıb. Həmin dövrdə Rifah Partiyası sədri Nəcməddin Ərbakanın müavini vəzifəsində olan Ərdoğan Azərbaycana etdiyi səfərdən bəhs edib, xüsusilə müdafiə naziri Rəhim Qazıyevlə görüşləri haqda danışıb. Rəhim Qazıyevi tərifləyən indiki Türkiyə prezidenti əlavə edib ki, müdafiə naziri onlarla görüş zamanı həmin dövrdə Türkiyə rəhbərliyində olan siyasi qüvvəni qardaş hesab […]

MTRŞ telekanallara yeni qaydalar göndərdi – Reklamla bağlı

Milli Televiziya və Radio Şurası (MTRŞ) yerli televiziya kanallarına qaçan sətirlə yayımlanan reklamın təqdimolunma qaydasını göndərib. Hazırda yayımçılar yeni qaydaların tələblərinə adaptasiya mərhələsindədirlər. Bu barədə MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov məlumat verib. O xatırladıb ki, Nazirlər Kabineti tərəfindən bu il martın 2-də “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası” təsdiq olunub. Həmin Qaydaya görə, televiziya proqramlarında […]

Amerika tankları Gürcüstana gəlir

ABŞ və NATO-nun birgə hərbi nümayəndə heyəti Gürcüstana səfərə gəlib. Birləşmiş Ştatların Avropadakı silahlı qüvvələrinin komandanı, general-leytenant Frederick Ben Hodges-in rəhbərlik etdiyi heyət Batumi limanının buraxılış qabiliyyətini və infrastruktur imkanlarını araşdıracaq. Yaxınlaşan Gürcüstan-NATO hərbi təlimlərində iştirak etmək üçün Amerikanın hərbi texnikaları məhz bu liman vasitəsilə gətirilməlidir. “Layiqli Tərəfdaş” adlı irimiqyaslı təlimlər gələn ay keçiriləcək. Gürcüstanın […]

Mərkəzi Bank bankların “məzənnə” təklifini qəbul etmədi

Azərbaycan bankları Mərkəzi Banka (AMB) manatın məzənnəsinin dəyişməsi üçün konkret dəhliz müəyyən etməyi təklif ediblər. Bu barədə fins.az-a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev məlumat verib. Onun sözlərinə görə, belə bir intervalın olması banklara gələcəkdə atılacaq addımları müəyyən etməkdə, işləri planlaşdırmaqda kömək olardı. Özü də bu, banklardan çox onların müştərilərinə lazımdır. Bununla belə, AMB […]

Dollar ucuzlaşdı – Sabahkı məzənnə

Azərbaycanda dolların məzənnəsi ucuzlaşıb. Cümhuriyyət.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb. 03.05.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5066 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün dolların məzənnəsi 1,5072 səviyyəsində olub.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031