Sərhəddə qarşıdurma: 10 İran əsgəri öldü

İran-İraq sərhədində kürd gücləri ilə İran hərbçiləri arasında qarşıdurma olub. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qarşıdurmada 10 İran əsgəri həyatını itirib, 20-si yaralanıb. Hadisə dünən gecə İran-İraq sərhədində yerləşən Serdeşt şəhərinin ətrafındakı çöldə baş verib. Ölən İran hərbçilərindən biri yüksək rütbəlidir.

İsmayıllı polisindən Qarabağ əlilinə qarşı haqsızlıq

İsmayıllı rayonu Hacıhətəmli kəndindən cumhuriyyət. az saytının bölgə müxbiri Elşən İsmayıllı xəbər verir ki, bu gün axşama az qalmış kənd sakini İlham Ramazanovun daxili işlər nazirliyinin 102 qaynar xəttinə etdiyi şikayətə görə rayon polis şöbəsinin növbətçi hissəsinin əməkdaşları kəndə gələrək kənd sakini Qarabağ əlili Mehman Behbutovu həbs edərək rayon polis şöbəsinə aparmışlar. Hadisə belə olub […]

Azərbaycandan Ermənistana adekvat cavab: “Müharibə başlasın”

Ermənistan hökuməti “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına razılıq verib və layihə parlamentə göndərilib. Belə ki, hökumət yekun qiymətləndirməni edərək müxalifətdən olan deputatlar Zarun Postancanyan və Qrant Baqratyanın həmmüəllifliyi ilə hazırlanmış absurd qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılmasına razılıq verib. Qeyd edək ki, rəsmi Bakı “DQR”in tanınması halında baş verə biləcək hadisələrə görə Ermənistanın məsuliyyət daşıyacağını bəyan edib. […]

Ermənistan hökuməti: “Biz Dağlıq Qarabağın müstəqilliyini dəstəkləmirik”

Ermənistan baş nazirinin mətbuat katibi Qoar Poqosyan özünün “Facebook” səhifəsində ölkə hökumətinin “DQR”in müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini bəyənməsi barədə xəbərləri təkzib edib. “Hökumətin yekun fikrində qeyd olunur ki, icra orqanı qanun layihəsinin qəbulunu Ermənistanla Dağlıq Qarabağ arasında hadisələrin sonrakı inkişafı, o cümlədən xarici amillər nəzərə alınmaqla müzakirələrin nəticəsi ilə şərtləndirəcək. Başqa sözlə, indiki […]

REAL İlqar Məmmədovun seçkilərdə iştirak hüqununu sübut etməyə çalışacaq

REAL Hərəkatı Mərkəzi Seçki Komissiyasının (MSK) İlqar Məmmədovun seçki hüqununu itirməsinə dair qərarını məhkəmədə mübahisələndirəcək. Hərəkətın icraçı katibi Natiq Cəfərli BBC Azərbaycancaya bildirib ki, MSK qanunların hərfi mənasında haqlı olsa da, İlqar Məmmədov Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) tərəfindən təqsirsizliyi sübut olunmuş bir şəxsdir. “Bu səbəbdən biz onun seçkilərdə iştirak etmək hüququnun olduğunu sübut etməyə […]

Şuşada döyüşən əsgərlərlə görüş-1992-ci il – TARİXİ KADRLAR

Cümhuriyyət.az ANS-in Qızıl Fonduna istinadən sizə 1992-ci ildə Şuşada çəkilmiş kadrları təqdim edir. Videodan əsgərlərdəki döyüş ruhu açıq-aydın hiss olunur. Reportaj Vahid Mustafayev və Mir Şahin tərəfindən hazırlanıb. Şuşada əsgərlərlə görüş:1992-ci il Əsgərlər sadəcə silah-sursat, avadanlıq, tibbi ləvazimatların çatışmazlığından şikayət ediblər. Onlar heç bir çatışmazlığa baxmayaraq, son damla qanlarına qədər döyüşəcəklərini söyləyiblər. Polis kapitanı Şahmar Hüseynov ermənilərlə […]

“Heç kimlə bazarlıq etməmişəm” – Davudoğludan mühüm açıqlamalar

“AK Parti Mərkəzi Qərar İcra Heyətində (MQİH) son yaşananlar partiya üsulları baxımından mənim üçün önəmli olmasa da, yol yoldaşlarım baxımından doğru olmadığını düşünmədiyim üçün bütün dostlarım və prezidentimizlə keçirdiyim görüşlərdə yol yoldaşı dəyişməkdənsə, sədr dəyişikliyinə üstünlük verdim”. Aznews.az-ın məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu bu dəqiqələrdə keçirilən mətbuat konfransında deyib. O, partiyanın […]

Dollar bahalaşdı – Sabahın məzənnəsi

Azərbaycanda dolların məzənnəsi ucuzlaşıb. Cümhuriyyət.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı yayıb. 06.05.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5100 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün dolların məzənnəsi 1,5082 səviyyəsində olub.

“Dördgünlük müharibə Sarkisyanın acizliyini nümayiş etdirdi”

“Dördgünlük müharibə Serj Sarkisyanın acizliyini bir daha nümayiş etdirdi”. ANS PRESS-in məlumatına görə, bunu Ermənistan müxalifəti deyir. “Apreldə dördgünlük müharibə Ermənistanın hakim rejiminin aciz, miskin və əxlaqsız xislətini tamamilə ifşa etdi. Bununla da onların 20 il ərzində guya Qarabağı qoruduqları barədə ictimaiyyəti aldatdıqları əfsanələr dağıldı. Hakimiyyəti dəyişməyə çalışan qüvvələr isə torpaqları verməyə hazır olan xəyanətkar […]

Ranyeri Mourinyonun rekordunu yenilədi

“Lester Siti”ni tarixində ilk dəfə çempion edən klubun baş məşqçisi Klaudio Ranyeri yeni rekorda imza atıb. Qol.az-ın “goal.com”a istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis buna komandasını 294 günə çempion etməklə nail olub. Bununla da, o “Çelsi”nin sabiq baş məşqçisi Joze Mourinyonun Premyer Liqa rekordunu yeniləyib. Portuqaliyalı mütəxəssisin komandası 2004/2005 mövsümündə 332-ci gündə çempionluğunu rəsmiləşdirib. Qeyd […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031