Ermənilər Tərtəri atəşə tutdu – Ağır artilleriyadan

Ermənistanın silahlı bölmələri Tərtərin yaşayış məntəqəsini atəşə tutmağa başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, mayın 13-ü saat 18.20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qəzyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başlayıb. Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilir, düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilir. Bu cür təxribatların nəticəsi […]

Qobustan və Ələtdə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbirlər keçirilib

Mayın 12-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qobustan qəsəbəsində yerləşən 321 saylı və Ələt qəsəbəsində yerləşən 127 saylı tam orta məktəbdə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbirlər keçirilib PİA.AZ xəbər verir ki, tədbirlərdə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşı […]

Putin ermənini Rusiya baş prokurorunun köməkçisi təyin etdi

Prezident Vladimir Putin Ermənistan baş prokurorunun keçmiş müavini Mnatsakyan Sərkisyanı Rusiya baş prokuroru Yuri Çaykanın köməkçisi təyin edib. Virtualaz.org-un Rusiya KİV-nə istinadən məlumatına görə, Baş Prokurorluqdakı mənbə bildirib ki, Sarkisyanın səlahiyyətləri baş prokuror müavinin səlahiyyətləri ilə faktiki olaraq eynidir. Məlumatda o da bildirilir ki, Sarkisyan Rusiya Baş Prokurorluğunda indiyədək belə yüksək vəzifəyə təyinat alan ilk […]

Dolların qiyməti düşdü

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının mayın 16-na rəsmi məzənnəsini 1,5063 AZN/USD səviyyəsində təsdiq edib. AMB-dən verilən məlumata görə, bu, məzənnənin azalması deməkdir. Qeyd edək ki, mayın 13-də dolların rəsmi məzənnəsi 1,5093 AZN/USD səviyyəsində olub.

Nəqliyyat Nazirliyi niyə ləğv edilmir? – MÜƏMMA

…Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkəmizin Dövlət büdcəsi getdikcə sosial təyinatlı kimi formalaşır. Bu isə büdcə xərclərinin izafi xərclərinin azaldılmasını, yersiz və lazımsız idarəetmə aparatının ləğvini zəruri edir… Artıq bu istiqamətdə addımlar atılmaqdadır. Belə ki, Prezidentin sərəncamları ilə Dövlət büdcəsinə göz dikmiş, təkrar funnksiyaları həyata keçirən bir neçə iri komitə və şirkətlər, ağentliklər […]

Sabir Rüstəmxanlının qardaşı Ukraynada saxlanıldı

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri, keçmiş polis rəisi, VHP sədri Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyevin bu günlərdə Ukraynada saxlanıldığı məlumatı yayıldı. Xəbəri lent.az-a Ə.Əliyevin qardaşı, “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu da təsdiqləyib. Ş.Xuduoğlu bildirib ki, qardaşı beynəlxalq axtarışda olduğu üçün saxlanılıb: “Ukraynada bu işi araşdırdılar. Məhkəmə keçirildi. Və proses zamanı məlum oldu ki, […]

Azərbacyanın ilk pullu yolunun tarifi çox yüksək olacaq

Yaxın zamanlarda açılması nəzərdə tutulan Ələt – Astara pullu yolunun işə başlaması həmin istiqamətdə mövcud olan hazırkı yolun işinə heç bir mənfi təsir göstərməyəcək. ANS PRESS-ə məlumat verən “Azəravtoyol” açıq səhmar cəmiyyətinin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, yeni tikilən yolla yanaşı hazırda fəaliyyət göstərən yol da işləyəcək və yerli sakinlər əsasən həmin yoldan istifadə […]

Zərdüşt Əlizadə: “Bakı hücum əmri verməlidir”

“Vasitəçilər göstərirlər ki, çalışırlar və problemi həll etmək istəyirlər”. Politoloq Zərdüşt Əlizadə bunu Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada gözlənilən görüşünü “Azadlıq” radiosuna şərh edərkən deyib. Z. Əlizadə xatırladıb ki, hələ XX əsrin 90-cı illərində də münaqişəni tənzimləmə cəhdləri olub. Amma məlum olanda kı, tərəflər şərtləri qəbul […]

Hacıbala Abutalıbovun 24 il öncəki – VİDEOSU

Sosial şəbəkələrdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun görüntüləndiyi videokadrlar yayılıb. Görüntülərdə mərhum prezident Heydər Əliyevin tərəfdarlarının 12 aprel 1992-ci ildə Azərbaycan parlamentinin önündə keçirdiyi mitinqin iştirakçıları, onların səslənditdiyi şüarlar, qaldırdıqları transparantlar əks olunur. H.Əliyevin tərəfdarları prezident seçkilərində 65 yaşını ötmüş şəxslərin iştirakını yasaqlayan konstitusiya maddəsinin ləğvini tələb edirlər. (Qeyd edək ki, bu yasaq […]

Şagirdini zorladığı deyilən müəllim işdən qovuldu – Direktordan açıqlama

Şamaxı rayonunda 9-cu sinif şagirdinə qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan Elnur İbrahimov Pirbəhli kənd orta məktəbindəki müəllim vəzifəsindən çıxarılıb. Bu barədə Pirbəhli kənd orta məktəbinin direktoru Pənah Bəşirov məlumat verib. O qeyd edib ki, mart ayının 28-dən etibarən E.İbrahimovun məktəbdəki işinə xitam verilib: “Bu hadisə məktəbdə baş verməyib. Lakin Elnur müəllim məktəbə gəlsə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2016
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031