Ziya Məmmədovun anası vəfat edib

Nəqliyyat naziri Ziya Məmmədovun anası Şirinnaz Məmmədova vəfat edib. “Report”un məlumatına görə, mərhumə Ucar rayonunun Qazıqumlaq kəndində dəfn olunacaq. Allah rəhmət eləsin!

Tanrının surəti olan insan məhv edilir – Papa

Təəssüf ki, müasir məktəblərdə uşaqlara öz cinslərini seçməyi öyrədirlər. Axar.az xəbər verir ki, bunu Polşa yepiskopu ilə görüşü zamanı Roma Papası Fransisk söyləyib. Onun sözlərinə görə, bu məsələ ideoloji müstəmləkəçilik adlandırılmalıdır: “Təəssüf ki, bu ideyanı bir çox güclü ölkələr dəstəkləyirlər. Hazırda biz Tanrının surəti olan insanın məhv edildiyi dünyada yaşayırıq”.

Dərmanların qiyməti dəyişildi

İclasda daha 219 dərman vasitəsinin qiyməti təsdiqlənib. Ümumilikdə, Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, əczaçılıq forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qeydiyyatda olan 9850 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib. Bunlardan 7347 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır, digər 2503 dərman vasitəsinin yeni qiymətləri […]

​“Günəşli” yatağında yeni quyu qazılır

Dayazsulu “Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülündə 318 nömrəli quyunun qazılmasına başlanılıb. “Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə SOCAR-AQŞ tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2 850 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 80 ton neft hasil […]

Azərbaycana turist axını 30 dəfə artıb

Azərbaycana gələn turistlərin sayı artmaqdadır. Bu tendensiya özünü 2016-cı ilin ilk 6 ayında göstərib. Axar.az xəbər verir ki, son 6 ay ərzində Rusiya, Avropa, ərəb ölkələrindən, İran və MDB-dən gələn əcnəbi qonaqların sayında artım müşahidə olunur. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, bu ilin mayında ölkəmizə səfər edən turistlərin sayı ötən illə müqayisədə 30 dəfə […]

Dollar bir az da bahalaşdı – SABAHIN MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının avqustun 5-nə rəsmi məzənnəsini 1,5980 AZN/USD səviyyəsində müəyyən edib. AMB-dən verilən məlumata görə, bu, gündəlik 0,20% artım deməkdir. Qeyd edək ki, avqustun 4-nə rəsmi məzənnə 1,5947 AZN/USD səviyyəsində olub.

Türkiyədəki çevrilişin arxasındakı 1 nömrəli şəxs görün kim çıxdı — TƏCİLİ

Uzun illər Gülənin yanında olmuş, Zaman qəzetinin keçmiş yazarlarından biri Hüseyn Gülerce 15 iyul çevrilişinin arxasında duran bir nömrəli şəxsin kim olduğunu açıqlayıb. FETÖ şəbəkəsini içəridən tanıyan Gülerce Türkiyədə çevrilişin arxasında Adil Öksüzün durduğunu bildirib. Sakarya Universitetinin professoru olan Adil Öksüzün ordu daxilindəki bütün FETÖ imamlarına təlimat verdiyi aparılan dindirilmə prosesindən sonra da məlum olub. […]

Prezident qanuna dəyişikliyi təsdiqləyib

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2016-cı il 24 iyun tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, dəyişikliyə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinin ikinci hissəsinə “icazə” sözündən sonra “və ya qaçqın statusu” sözləri əlavə edilib. Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası prezidentinin […]

Ərdoğan və Rövnəq Abdullayev Gülən mövzusundan yan keçiblər

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri Rövnəq Abdullayevi qəbul edib. Görüş avqustun 2-də Türkiyədə keçirilən yüksək səviyyəli İnvestorların beynəlxalq forumu çərçivəsində baş tutub. İlk baxışdan, bu görüşdə qeyri-adi heç nə yoxdur – SOCAR Türkiyə iqtisadiyyatına sərmayə yatıran ən iri xarici şirkətlərdən biridir. Türkiyədə SOCAR-ın iri layihələrindən TANAP, […]

BMT: Donbass münaqişəsi zamanı 9500-dən çox insan həlak olub

İnsan Hüquqları üzrə BMT Ali Komisarlığı Donbas münaqişəsi zamanı 9553 nəfər həlak olduğunu, 22 137nəfər isə yaralandığını bildirib.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031