Azərbaycanlı müğənni konsertini təxirə saldı – Lənkəranskiyə görə

Müğənni Mirkamil Kamilov Nabranda bu gün baş tutacaq konsertini təxirə salıb. Axşam.az-ın məlumatına görə, buna səbəb isə Türkiyədə azərbaycanlı avtoriter Rövşən Lənkəranskinin (Canıyev) öldürülməsi olub: “Avqustun 20-də Nabranda keçiriləcək solo konsertimizi təxirə saldıq. İnanıram ki, məni anlayışla qarşılayacaqsınız. Səbəbinə gəldikdə isə, bu son günlərdə duyduğumuz acı bir xəbər oldu. Bilet əldə edən bütün insanlardan üzr […]

Moskvada “qanuni oğrular” təcili toplandı – 12 nəfərin titulu alındı

Moskvada “qanuni oğrular” növbəti dəfə bir yerə toplaşıblar. Təcili toplantı kriminal aləmdə kifayət qədər nüfuzu olan “Şakro Molodoy” ləqəbli Zaxar Kalaşovun təşəbbüsü ilə baş tutub. Kriminal aləmin “xaç ataları” 12 nəfəri “qanuni oğru” titullarından məhrum ediblər. Onların arasında azərbaycanlı Namiq Səlifov da var. Namiq Səlifov hazırda həbsdə olan və “Lotu Quli” kimi ad çıxaran Nadir […]

“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi Gəncədə yekun tədbirini keçirdi – FOTO-VİDEO

“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi adlı layihəyə Gəncədə yekun vurulub. Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İctimai Birliyi tərəfindən keçirilib. “Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İB-nin sədri Anar Yusifoğlu bildirib ki, layihə gənc KİV işçilərinin peşə hazırlığının yüksəldilməsinə, internet media sahəsində onların nəzəri biliklərinin təcrübü […]

“Azadlıq” qəzetinin direktoru həbs olundu

“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli bu dəqiqələrdə mülkü geyimli şəxslər tərəfindən saxlanılıb. Onun hara və nə üçün aparıldığı haqda heç bir məlumat yoxdur. Faiq Əmirli saxlanılandan sonra Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin əməkdaşları onun yaşadığı evdə axtarış aparıb

Evli kişinin qaçırdığı nişanlı qız evə zəng etdi

Ötən gün Cəlilabad rayonun Boyxanlı kəndində evli kişi tərəfindən qaçırılan 17 yaşlı nişanlı qız hələ də tapılmayıb. Milli.Az bildirir ki, bu barədə qafqazinfo-ya qaçırılan qızın atası Eldar Dadaşov məlumat verib. O bildirib ki, qızının harada olması məsələsi hələ dəqiqləşməyib: “Rayon polis şöbəsinin əməkdaşları, başda Namiq Camalov olmaqla hamı narahatdır. Hazırda onun tapılması istiqamətində iş gedir. […]

Rövşən Lənkəranskinin qətli ilə bağlı ŞOK İDDİA

“Bilirsiniz ki, oğrular arasında vaxtaşırı çox ciddi müharibələr olur. Bu müharibədə öldürülənlər haqda dövri mətbuata ötürülmüş məlumatlarda gizli mesajlar yer alır”. Bu sözləri teleqraf.com-a açıqlamasında tanınmış yazıçı-publisist Həmid Herisçi deyib. O, dünən qətlə yetirilən “qanuni oğru” Rövşən Lənkəranskinin qətli ilə bağlı maraqlı fikirlər səsləndirib: “Gəlin yadımıza salaq ki, Rövşən Lənkəranskidən əvvəlki kral Ded Xasan da […]

Rio-2016: XV gün üçün Azərbaycan idmançılarının təqvimi

Yay Olimpiya Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, mötəbər turnirin XV günündə Azərbaycan yığmasının 4 üzvü medallar uğrunda mübarizə aparacaq. Sərbəst güləş yarışlarında çıxış edən Şərif Şərifov (86 kq) və Cəmaləddin Məhəmmədov (125 kq), həmçinin taekvondoçu Radik İsayev (+80 kq) və bədii gimnastımız Marina Durunda günü mükafatla başa vura bilərlər. Olimpiya Oyunları XV gün […]

“Lənkəranski” bu maşına minsəydi, sağ qalacaqdı…

Dünyadakı zirehli maşınlar, onların qoruma mexanizmi və qiyməti barədə bilmədiklərimiz Dünyada terror, qan, həyati təhlükələr artdıqca önləmlər də ona adekvat olaraq artmaqdadır. Cangüdənlər, yüksək texnoloji yeniliklər, önləyici tədbirlər…  Son olaraq kriminal avtoritet Rövşən(“Lənkəranski”) Canıyevin qətli də bu məsələni yenidən  aktual etdi. Həyatına bu qədər təhlükə olduğunu bilən adam niyə lazımi səviyyədə qorunmadı? Məsələn, onun zirehli maşını […]

Brent nefti ucuzlaşıb

Dünya bazarında neftin qiyməti fərqli istiqamətdə dəyişib. “APA-Economics” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,35 dollar artaraq 48,57 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,01 dollar ucuzlaşaraq 50,88 dollar olub.

Rio-2016: Tacikistan tarixində ilk qızıl Olimpiya medalını qazanıb

Tacikistan tarixində ilk qızıl Olimpiya medalını qazanıb. APA-nın məlumatına görə, atletikanın çəkic atma növü üzrə keçirilən yarışda Tacikistan təmsilçisi Dilşod Nəzərov (78,68 m) 1-ci yeri tutub. Gümüş medalı Belarus təmsilçisi İvan Tixon (77,79) bürüncü isə polşalı Voytsex Novitski (77,73) qazanıb.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031