“Kurtlar Vadisi Pusu” yeni sezona start verir – VİDEO

Türkiyədə uzun illərdir yayımlanan “Kurtlar Vadisi Pusu” serialı sezon finalından sonra daha da maraqlı olacaq. Cumhuriyyet.az atv.az-a istinadən xəbər verir ki, seriala bir çox məşhur aktyorların qatılacağı gözlənilir. Həmçinin, əvvəlki bölümlərdə yer alan məşhur obrazlarında geri dönəcəyi deyilir. Daha ətraflı bu videodan biləcəksiniz.

Gülən anasının adını dəyişdirib: yəhudi adı – VİDEO

FETÖ lideri Fətullah Gülən uzun illər əvvəl anasının adını dəyişdirib. Axar.az xəbər verir ki, təşkilat liderinin 1993-cü ildə vəfat edən anasının adı əvvəl Refia olub. Ancaq Gülən pasportunda ana adını yəhudilərdə həm kişi, həm də qadınların istifadə etdiyi “Rabin” adı ilə dəyişdirib. Gülən ad dəyişikliyini əslən yəhudi olan II İohann Pavel ilə görüşdən əvvəl hazırlayıb.

Məmurların Olimpiya yarışı: Kim nə qədər nüfuz və pul qazandı? – Siyahı

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən 2016-cı il Yay Olimpiya Oyunları başa çatdı. “Qafqazinfo” xəbər verir ki, 56 idmançı ilə turnirə qatılan komandamız 18 medal qazanmaqla Olimpiya tariximizdə yeni səhifə açdı. Qeyd edək ki, prezident İlham Əliyev Olimpiya Oyunlarından əvvəl idmançılara qazanacaqları medal qarşılığında mükafat veriləcəyi ilə bağlı sərəncam imzalamışdı. Sərəncamda qeyd olunurdu ki, qızıl medal qazanan […]

Həcc mərasimində təhlükəsizliyi 17 min nəfər və 3 min texnika təmin edəcək

Səudiyyə Ərəbistanı rəhbərliyi Həcc mərasimi zamanı fövqəladə halların qarşısını almağı nəzərdə tutan tədbirlər planı təsdiqləyib. Trend TASS-a istinadən xəbər verir ki, keçən il yüzdən çox zəvvarın ölümündən sonra bu il ölkə rəhbərliyi həcc mərasimini maksimum təhlükəsiz etmək niyyətindədir. Krallığın Mülki müdafiə idarəsinin rəhbəri, general Süleyman bin Abdullah əl-Əmr bildirib ki, plana əsasən, Həcc mərasimi zamanı […]

Sabiq MTN generalı Akif Çovdarov aclıq aksiyasına başladı

Cinayətkar qrup yaratmaqda, banditizm, korrupsiya və adam oğurluğu cinayətlərində ittiham olunan sabiq MTN generalı Akif Çovdarov aclığa başlayıb. A.Çovdarov avqustun 22-dən aclıq elan edib.A.Çovdarov istintaqı onun hüquqlarını pozmaqda ittiham edir. Qeyd edək ki, A.Çovdarov Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin […]

Mərkəzi Bankdan devalvasiya açıqlaması

Hazırda Dövlət Neft Fondu Mərkəzi Bankın təşkil etdiyi hərraclarda valyuta satışları həyata keçirir və bu satışlar davam etdiriləcək. APA-nın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından belə bildirilib. “Devalvasiya ilə bağlı şayiələr əsassızdır. Belə ki, manatın məzənnəsi mövcud məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklifdən asılı olaraq formalaşır”, – deyə məlumatda vurğulanıb. Mərkəzi Bankdan […]

Alı Alıyev Beyləqan və İmişlidə məskunlaşan füzulili məcburi köçkünlərlə görüşüb

Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin öyrənilməsi,həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffalığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daima diqqət mərkəzində saxlanılır. Ölkə başçısının “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Alı Alıyevin növbəti səyyar-qəbul […]

Büdcədən 2 milyon ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir: “1. Yeddi min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən […]

Azərbaycan Bişkekdə keçiriləcək Türk Şurasının zirvə görüşündə iştirak edəcək

cAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov ilə görüşüb. XİN-dən “report”a verilən məlumata görə, görüşdə Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ramil Həsənov bu ilin noyabrında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək VI […]

12 il komada qalan 22 yaşlı qız oyanıb

Polşanın tanınmış aktrisa Eva Blaşıkın qızı Aleksnadra Ançarskaya 12 illik komadan oyanıb. FaktXəbər-in məlumatına görə, bu barədə yerli KİV-lər yazıb. Məalumatda bildirilir ki, o, 12 il huşsuz vəziyyətdə qalan qızın oyanması anasının razılığı ilə yaponiyalı professor İsao Moritenin hazırladığı xüsusi inyeksiyanın onun beyninə daxil etməklə mümkün olub. Qeyd edək ki, hazırda media nümayəndələrindən heç biri […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2016
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031