GƏDƏBƏYDƏ ETİRAZ YETİŞİR: İcra başçısının “saxta veteran” biznesi ifşa olunub

Bir neçə ay bundan əvvəl Gədəbəy rayon İcra Hakimiyətinin başçısı Ramiz Yediyarovun veteranlıq statusu düzəltdirmək adı ilə vətəndaşlardan kütləvi surətdə pul yığdırması haqda mətbuatda yazılar dərc olunmuşdu. Həmin yazılarda başçısının külli miqdarda büdcə vəsaitinin qanunsuz xərclənməsi yolu ilə vergidən yayındırılmasına şərait yaradan əməllərə yol verdiyi qeyd olunurdu. Bununla bağlı cumhuriyyet.az-a daxil olan son məlumatlar onu […]

Xırdalanda şagird məktəbdə intihara cəhd edib

Abşeron rayonunda şagird məktəbdə intihara cəhd edib. APA-nın məlumatına görə, hadisə Xırdalan şəhərindəki 2 saylı orta məktəbdə qeydə alınıb. Burada təhsil alan şagirdlərdən birinin binanın ikinci mərtəbəsindən özünü atdığı bildirilir. Abşeron rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, onlara məktəbin ikinci mərtəbəsindən şagirdlərdən birinin yıxılması barədə məlumat daxil olub. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma […]

1 il keçdi: Rusiyanın Suriya müdaxiləsi nəyi dəyişdi?

Rusiyanın Suriyada apardığı hərbi əməliyyatların ən önəmli nəticəsi terrorçu qrupların paytaxt Dəməşqi ələ keçirə bilməməsi olub. Bunu Kreml sözcüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. “Əməliyyatların nəticəsi barədə hərbi mütəxəssislər danışacaq, amma hər halda İŞİD, Əl Qaidə, Nüsrə Cəbhəsi kimi terrorçu təşkilatlar Dəməşqdə deyilsə, bu bizim uğurumuzdur. Ali Baş Komandan Vladimir Putin əməliyyatların başlanması ilə bağlı […]

10 ilin ən aşağı müdafiə büdcəsi

“2017-c ilin dövlət büdcəsinin ən zəif həlqəsi müdafiə büdcəsi hesab oluna bilər”. İqtisadçı Qubad İbadoğlu belə hesab edir. Ekspert deyir ki, gələn ilin dövlət büdcəsində müdafiə xərcləri son 10 ildə ən aşağı səviyyəyə düşəcək. “Proqnozlaşdırılan dövlət büdcəsinin açıqlanan parametrlərinə görə, 2017-ci ildə müdafiə xərcləri bu illə müqayisədə 613,4 milyon manat və ya 27,5 faiz azalaraq […]

Vergilər Nazirliyinin səlahiyyətləri artırıldı

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Dəyişikliyin məcəllənin 24.0.2-1-ci maddəsində edilməsi nəzərdə tutulub. Belə ki, indiyədək vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi barədə 2 iş günü […]

Rus zabitdən şok etiraf: “Cavad Xanın arvadı…”

Gəncə xanı Cavad Xan Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir. Gəncənin işğalında iştirak etmiş rus zabitinin Cavad Xanın həyat yoldaşı ilə bağlı xatirəsini təqdim edirik: “Əgər Pavel Dmitriyeviçin yanında yavəri olmasaydı, o, qəhrəman tatar (azərbaycanlı) xanın qəhrəman zövcəsinin qılıncından salamat qalmayacaqdı. Əsgər araya girmiş, endirilmiş qılınc ona dəymişdi. Bu hadisədən sonra Sisianov dərhal çölə çıxıb, lakin […]

İdarə rəisi və müstəntiqi məhkəməyə məcburi gətiriləcək

Bakı Hərbi Məhkəməsində Hərbi Prokurorluğun dələduzluqda təqsirləndirilən sabiq müstəntiqi Vüqar Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Vəkil A. Məmmədov APA-ya açıqlamasında bildirib ki, iclasda şahid Kamran Əlləzov ifadə verərək istintaq zamanı verdiyi ifadəsini təsdiq edib. Daha sonra hakim bildirib ki, Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Mehdi Hüseynzadə […]

Azərbaycanda kredit büroları yaradılacaq

Azərbaycanda kredit büroları yaradılacaq. “Report”un xəbərinə görə, bu, “Kredit büroları haqqında” qanun layihəsində nəzərdə tutulub. Layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, sözügedən qanun layihəsini Milli Məclisə Prezident İlham Əliyev təqdim edib. Komitə sədri qeyd edib […]

On minlərlə hektar torpağı zəbt edən məmur var imiş… – Şok siyahı hazırlanır

Azərbaycanda əkinə yararlı iri torpaq sahələrini zəbt edən məmurların siyahısı hazırlanır. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə yaxın mənbələrdən məlum olub. Məlumatda bildirilir ki, adıçəkilən nazirliklə bərabər, İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi bir neçə aydır belə torpaq sahələri ilə bağlı araşdırma aparırlar. “Təftişin ilk nəticələri tükürpədicidir. Belə məlum olur ki, əksəriyyəti yüksək vəzifəli şəxslər […]

Kriminal avtoritetin Bakıda məhkəməsi keçirildi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Elmir Məmmədov  qətl və digər cinayətlərdə təqsirli bilinir. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində  E.Məmmədovun cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsi məsələsinə baxılır. Sentyabrın 30-da keçirilən məhkəmə prosesində dövlət ittihamçısı çııxş edərək bildirib ki, E.Məmmədovun hökmü Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənməlidir. Hakim çıxış üçün sözü təqsirləndirilən […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930