iPhone7-nin qiyməti açıqlandı – FOTO

iPhone 7-nin 32-gigabytlıq versiyası 649 dollara, iPhone 7 Plus isə 749 dollara başa gələcək. Smartfon 32, 128 və 256 qiqabayt daxili yaddaş tutumu ilə satılacaq. Yeni smartfonun sifarişi sentyabrın 9-dan başlayacaq. “İlk dalğa” ölkələrində 16 sentyabrdan satışa start veriləcək. Rusiyanın da daxil olduğu “ikinci dalğa” ölkələrində isə yeni iPhone sentyabrın 23-də satışda olacaq. *** Tim […]

Siqareti tərgitmək istəyənlərə MENYU: 20 gün ərzində iki qaşıq…

Bir çox insan siqareti tərgitmək üçün sözün həqiqi mənasında mübarizə aparır. İradəli insanlar bunun öhdəsindən gəlir, digərləri isə siqaretə məğlub olurlar. Lakin gündəlik yediyimiz qidalar arasında siqareti tərgitməyə kömək edənlər də az deyil. Məsələn, türkiyəli dietoloq Aslıhan Kiçik deyir ki, süd içdikdən sonra çəkilən siqaret pis dad verir. Bu səbəbdən də siqaretdən imtina etmək üçün […]

Obama onu təhqir edən Filippin prezidenti ilə görüşüb

ABŞ prezidenti Barak Obama Laosda filippinli həmkarı Rodriqo Duterte ilə görüşüb. APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ və Filippinin dövlət başçıları ABŞ-ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) sammitində iştirak edirlər. Bundan əvvəl Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ned Prays görüşün baş tutmayacağını bildirmişdi. Çində keçirilən “G-20” sammitində Obama Filippində insanların məhkəmənin qərarı […]

“Barselona” daha bir Messi yetişdirəcək

“Barselona”nın ulduz futbolçusu Lionel Messinin oğlu Tiaqo da Kataloniya klubunun şərəfini qoruyacaq. Publika.az xəbər verir ki, o, “Barsa”nın 3-5 yaşlı uşaqlardan təşkil olunan komandasına qatılıb. Xatırladaq ki, ata Messi də futbola 5 yaşında başlayıb. Hazırda dünyanın ən yaxşı iki futbolçusundan biri olan argentinalı 8 yaşında “Qrandoli”nin aşağı yaş qrupundan “Nyuells Old Boys”a transfer olunub. Qeyd […]

At südünün faydaları – Kımız haqda nə bilirik? – FOTOLAR

“Təyin edilin içkisi köpüklü kımız, Arpa suyu içmə! Dedi bir Qırğız!” Ziya Göyalp Hələ Dədə Qorqud dastanından yaddaşımıza hopan “Təpə kimi ət yığ, göl kimi kımız” deyimini xatırladıqca bu içkiyə nə nədər əhəmiyyət verildiyinin fərqinə varırsan. Hələlik kımızın tarixinə və hazırlanma texnologiyasına qısaca nəzər yetirək. Kımız Orta Asiyadan Avropaya doğru, oradan da Baltik dənizi, Kiçik Asiya, Suriya, […]

Yadplanetlilər taksiyə hücum etdi – VİDEO

Braziliyada “Silvio Santosun proqramı” adlı məşhur teleşounun ötən həftəki buraxılışında dəhşətli anlar yaşanıb. Hər dəfə fərqli ssenarilər əsasında insanlara qorxulu anlar yaşadan şou bu dəfə taksi sərnişinlərini yadplanetlilərin hücumuna məruz qoyub. Publika.az xəbər verir ki, süjetə əsasən maşın meşə yolunda xarab olur. Maşından düşən sürücü də qəflətən yoxa çıxır. Qurma oyun da bundan sonra başlayır. […]

Türk ordusu İŞİD-i belə vurdu – Video

Türkiyə Silahlı Qüvvələrinin “Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın Şandi bölgəsində İŞİD-ə aid hədəfləri məhv etməsi ilə bağlı videogörüntülər yayılıb. Axar.az xəbər verir ki, sözügedən videonu “Anadolu Ajansı” əldə edib. Həmin görüntüləri təqdim edirik:

Prezident ona “Şöhrət” ordeni verdi

Q.Ə.Mikeladze “Şöhrət” ordeni ilə təltif edilib. Axar.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında jurnalistika və publisistika sahələrinin inkişafında xidmətlərinə görə Qalina Ələkpərovna Mikeladzeni “Şöhrət” ordeni ilə təltif edib. 81 yaşlı Qalina Mikeladze Moskva Dövlət Universitetini bitirib, Gürcüstan Yazıçılar Birliyinin nəşriyyatında işə başlayıb, daha sonra isə Azərbaycan EA-da çalışıb. 50-ci illərin sonunda “Bakinski raboçi” […]

Aparıcının başına canlı yayımda elə bir hadisə gəldi ki… – VİDEO

Hava proqnozunu verən ərəb aparıcının başına xoşagəlməz hadisə gəlib. Canlı yayım vaxtı xəritədə ölkələri göstərən aparıcının ayağı sürüşüb və qəfil yerə yıxılıb. Aparıcı özünü toplaya bilmədiyi üçün dərhal xəbərlər proqramına keçid edilib(publika) Videonu izləmək üçün şəklə klikləyin:

Balakəndə 5 bal gücündə zəlzələ baş verib

Balakən rayonunda zəlzələ baş verib. “Report”un şimal-qərb bürosunun məlumatına görə, yeraltı təkanlar rayonun Qabaqçöl qəsəbəsində, saat 21:10 radələrində iki dəfə qeydə alınıb. Yerli mütəxəssislərin fikrincə, zəlzələ 5 bal gücündə olub. Tələfat olmasa da, yaşayış və inzibati binalarda çatlar əmələ gəlib. Zəlzələ Zaqatalada da hiss edilib. Burada yeraltı təkanların 3-4 bal gücündə olub.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930