Türkiyə Suriyada “Dabıq əməliyyatı”na başladı

Azad Suriya Ordusu (ASO) Türkiyə Silahlı Qüvvələrinın dəstəyi ilə İŞİD-ə qarşı növbəti əməliyyata başlayıb. ASO İŞİD terrorçularının nəzarətində olan Dabıq qəsəbəsinə hücuma keçib. Qeyd edək ki, Suriyanın şimal qərbində yerləşən və Hələb vilayəti ilə qonşu olan qəsəbə 2014-cü ilin avqust ayında İŞİD-in nəzarətinə keçib.

Nazir əmr verdi: silah və hərbi texnika qış rejiminə keçirildi

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin bütün hərbi hissə və bölmələrində silah və hərbi texnikanın istismarının qış rejiminə keçirilməsi ilə əlaqədar tapşırıq verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, silah və texnikanın qış aylarında fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, digər zəruri ehtiyat hissələri və […]

AŞPA-da qalmaqal: sədr ermənini “söndürdü” – Video

Oktyabrın 14-də AŞPA-dakı erməni nümayəndə heyətinin üzvlərinin iştirakı ilə keçirilən açıq debat zamanı Naira Karapetyan və Naira Zohrabyan qalmaqal yaradıb. Müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin üzvləri əsassız dava salaraq, AŞPA sədrinin keçmiş müavini Luka Volonteni Azərbaycanın maraqlarını müdafiə etməkdə ittiham ediblər. AŞPA-nın rəhbəri Pedro Aqramunt buna etiraz edib və ermənilərə heç bir sübutsuz belə bir […]

Dünya şokda: Moskva nüvə müharibəsinə hazırlaşır

Vaşinqtonla Moskva arasında gərginliyin artdığı bir vaxtda Rusiya telekanalları xalqa “Nüvə müharibəsinə hazırsınızmı? Sizə ən yaxın sığınacağı tapın” xəbərdarlığını edib. Dünən hökumətə yaxın NTV kanalı nüvə müharibəsi olacağı təqdirdə görüləcək təlimatlar barədə məlumat verib. 2 saat davam edən proqramda Qərb ölkələri ilə hər an müharibənin başlama ehtimalı olduğu deyilib. Digər telekanallarda isə gündə 300 qram […]

Biləsuvar RİH-də toplantı: pambıq yığımındakı problemlər müzakirə edildi

13 oktyabr 2016-cı il tarixdə Biləsuvar rayon icra Hakimiyyətində pambıq yığımının vəziyyəti və qarşıya çıxan problemlərin həlli istiqamətində görülən işlərlə bağlı rayon qərargahının növbəti iclası keçirildi. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov, rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının, pambıq emalı zavodlarının rəhbərləri, icra nümayəndələri, kənd təsərrüfatı mütəxəssisləri […]

Eynulla Fətullayevə ağır itki

Virtualaz.org və Haqqin.az saytlarının rəhbəri Eynulla Fətullayevə ağır itki üz verib. Onun atası Emin Fətullayev bu gün vəfat edib. E.Fətullayevin son vaxtlar ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Mərhum bu gün torpağa tapşırılacaq. Allah rəhmət eləsin.(Musavat.com)

PKK-nın gizli Kipr görüşü: Türkiyədə bir neçə aya…

PKK-nın Belçikadakı təmsilçisi “Agit” kod adlı terrorçu bir neçə gün öncə Kiprin Limasol şəhərində gizli görüş keçirib. Qəndildən verilən tapşırıq əsasında terrorçu “Feofil Kürd Mədəniyyət Mərkəzi”nin rəhbər şəxsləri ilə görüşüb. Təşkilatın yeni planı barədə məlumat verən terrorçu Türkiyədə bir neçə ay ərzində kürd etirazlarının alovlanacağını, PKK üzvlərinin dağlardan şəhərə enərək xalqa dəstək verəcəyini bildirib. Görüşdə […]

Moqerini həbs olundu – Narkotik ticarəti

Avropa Birliyinin (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Federika Moqerininin qardaşı qızı Qaia Moqerini həbs olunub. 26 yaşlı Moqerini aralarında albanların da olduğu narkotik alverçilərindən ibarət qruplaşmanın üzvü olub. İtaliya prokurorluğu Qaia Moqerininin 28 fevral 2015-ci ildə Manuel Zumpano adlı şəxsdən satmaq məqsədilə külli miqdarda heroin aldığını açıqlayıb.(Axar.az)

Azərbaycan diplomatı qəza törətdi – Video

Kiyevdə Azərbaycan səfirliyi əməkdaşının idarə etdiyi avtomobil qəza törədib. Öncə səkiyə, sonra yolun əks istiqamətinə çıxan avtomobil “Renault” markalı maşına toqquşub, ardınca isə “Toyota” markalı maşına dəyib. “Renault” markalı avtomobilin sürücüsünün ciddi xəsarət aldığı bildirilir. Hadisə yerinə xilasedicilər, polis əməkdaşları və həkimlər briqadası cəlb olunub.(APA)

Uşaq 25 min AZN tapdı – Sahibi bilinmir

Türkiyədə Edirnekapıda anasının rəfiqəsi ilə gəzintiyə çıxan uşaq avtobus dayanacağından içərisində Azərbaycan manatı olan çanta tapıb. Qadın pul ilə dolu çantanı polis bölməsinə gətirib. Paketin içərisində 50 min lirəyə bərabər 50 və 100 manatlıqlar olduğu məlum olub. Qadın çantanın sahibini tapmaq üçün sosial şəbəkədən çağırış edib: “Pulun sahibi tapılarsa onunla tanış olmaq istəyərəm. İnşallah pul […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2016
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31