Ramzan Kadırov əməliyyat olunub: “Guya zərbə vurmurlar”

Çeçenistan rəhbəri Ramzan Kadırov məşq zamanı aldığı zədədən sonra əməliyyat olunduğunu bildirib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, R.Kadırov “İnstaqram” səhifəsində yazıb: “Siz mənə tez-tez yazırdınız ki, guya məşqlərdə rəqiblər zərbə vurmurlar. Bu belə deyil”. Çeçenistan rəhbəri xarici ölkələrdə əməliyyat keçirməklə bağlı təkliflərə baxmayaraq, yerli həkimlərə üstünlük verdiyini vurğulayıb.

“Kurtlar Vadisi”nin başlayacağı vaxt və kanal açıqlandı – Adı dəyişir

Hamının maraqla gözlədiyi “Kurtlar Vadisi Pusu” ilə bağlı yeni xəbərlər yayılıb. Qaynarinfo.Az xəbər verir ki, Türkiyə mətbuatı serialın başlayacağı vaxtı açıqlayıb. Amma “Kurtlar Vadisi Pusu” adı ilə yox, yeni adla. İddia olunur ki, “Pana Film” serialın “Kurtlar Vadisi Pusu” adlandırılmasına qərar verib. Məlumata görə, “Kurtlar Vadisi Darbe” 2017-ci ilin yanvar ayından yayıma başlayacaq. Serialın yayımlanacağı […]

Putin həyatından gileyləndi və karyerasını başa vurduqdan sonra nə edəcəyini açıqladı

Rusiya prezidenti Vladimir Putin  karyerasını başa vurduqdan sonra, daha çox səyahətə vaxt ayıracağını bəyan edib.  Avropa.info xəbər verir ki, Çelyabinsk şəhərindəki zavodlardan birini  ziyarət edərək fəhlələrlə görüşən Putin xəyalının nə olduğuna dair bir suala “karyeramı uğurla tamamlamaq istəyirəm” cavabı verərək gülüb. Rusiya prezidenti  səyahət etməyi çox sevdiyini bildirib. “Bu gün səyahətim ondan ibarətdir ki, mən […]

Məşhur “YouTube” blogeri bir ilə 15 milyon dollar qazanıb

Ötən il olduğu kimi, bu il də ən çox qazanan videobloger isveçli Feliks Çelberqdir. YouTube-da “PewDiePie” niki ilə tanınan bu blogerin illik gəliri 15 milyon dollardır. 2-ci yeri “Markiplier” nikli letspleyer və oyun şərhçisi Mark Fişbax tutub. Onun gəlirləri 5,5 milyon dollardır. Reytinqdə 3-cü yerdə “HolaSoyGerman” nikli çilili komik, musiqiçi, müğənni və yazıçı Erman Qarmendiya […]

“Müğənniləri varlı bilməyin, onlar hamıdan kasıbdırlar” – FOTO

“Mən də biznes qurmaq istəyirəm. Hər zaman biznesi olan ifaçılara həsəd aparmışam, sağ əlləri mənim başıma. Ev alqı-satqısını, moda evi açmağı xoşlayıram. İstəyirəm şəhərdə çoxlu evlərim olsun, onları kirayə verim. Bundan gözəl biznes yoxdur”. Cumhuriyyet.az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Günay İbrahimli deyib. Sənətçi bildirib ki, hər kəsin varlı bildiyi müğənnilər əslində kasıbdırlar: […]

Nazirliyin əməkdaşının evini talan etdilər

Ədliyyə Nazirliyinin əməkdaşının Bakıda yerləşən evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb. “Report”un əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu, Çiçək qəsəbəsi 16/316 nömrəli evdə baş verib. Belə ki, 1991-ci il təvəllüdlü Məlikzadə Hamiz Hümmət oğlu günorta saatlarında işdə olduğu zaman naməlum şəxs və ya şəxslər onun evinin plastik pəncərisini sıxıb açmaqla içəri daxil […]

ABŞ Azərbaycanı Rusiyanın təzyiqlərindən qorumağı prioritet elan etdi, yardımı artırdı…

ABŞ Dövlət Departamenti 2017-ci il büdcəsində Azərbaycana yardımların artırılmasını təklif edir. Virtualaz.org Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, gələn il Azərbaycana ayrılacaq maliyyə dəstəyinin 2016-cı ilə nisbətən təxminən 3 milyon dollar artırılması nəzərdə tutulur. Belə ki, 2016-cı il büdcəsində ABŞ Azərbaycana yardım üçün 10.08 milyon dollar ayırmışdı, gələn il isə bu vəsait 12.94 […]

Ailəsi ilə barışan müğənni: “Elə səhvlər var ki, bağışlamaq olmur” – VİDEO

Müğənni Elton Hüseynəliyev “10-dan sonra” verilişində qonaq olub. Cumhuriyyet.az atv.az xəbər verir ki, verilişin mövzusu sevgi və nifrət olub. Müğənni: “Hamımız səhv edirik. Sadəcə bir-birimizi anlamaq lazımdır. Amma elə səhvlər var ki, bağışlamaq olmur”, – deyib. Daha ətraflı süjetdən izləyin: Videonu izləmək üçün şəklə klikləyin:

Bakının mərkəzində mağazadan 40 mobil telefon aparıldı

Bakının mərkəzindəki mağazalardan birindən külli miqdarda oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də Bakı şəhər sakini Nazim Məmmədəliyevə məxsus mağazadan 40 ədəd mobil telefon və aksüssuarları, noutbuk və 80 ədəd mobil telefon nömrəsi oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fuad Abışov və Saatlı […]

Ermənistanda quldurlar psixiatriya xəstəxanasına hücum ediblər

Yerevanın Nubaraşen rayonunda psixiatriya xəstəxanasına basqın olub. Ermənistan KİV xəbər verir ki, naməlum şəxs və ya şəxslər xəstəxananın direktorunun kabinetinin qapısını sındıraraq, otağa daxil olublar. İnformasiyaya görə, onlar otaqda pul axtarıblar, amma tapa bilməyiblər. Xəstəxanaya basqın edənlər hadisə yerindən qaçaraq, gizləniblər. Faktla bağlı araşdırma aparılır. Cinayəti törədənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi və tutulması istiqamətində tədbirlər görülür. (Virtualaz.org)

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031