Əhmədzadələrin büdcə talanı – RƏSMİ İFŞA

Ötən il dekabrın 14-də Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-iyun aylarında Zaqatala Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib. Auditlə müəyyən edilib […]

Azərbaycanın şəhid oğlu dəfn olundu – FOTO

Silahlı Qüvvələrimizin hərbi qulluqçusu şəhid Bəşirov Fikrət doğulduğu Şahağacı kənd qəbirstanlığında dəfn olunub. Dəfn artıq başa çatıb. Bir neçə saat əvvəl şəhidin tabutu Şahağacı kəndindəki evlərinə gətirilib. Şəhidlə vida mərasimindən sonra o, torpağa tapşırılıb. Fizuli istiqamətində ermənilərin növbəti təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçu F.Bəşirov müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə […]

Azərbaycanlıların bazarında bomba həyəcanı

Moskvanın Leninqrad şosesində fəaliyyət göstərən və azərbaycanlıların da çalışdığı bazardan 250 nəfər bomba xəbərdarlığı ilə bağlı anonim zənglə əlaqədar təxliyyə edilib. “İstiPress” xəbər verir ki, bu barədə “İnterfax” agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, polisə Leninqrad şossesindəki bazarın ərazisində partlayıcı maddə olması barədə məlumat daxil olub. Ərazidə kinoloqlar və hüquq-mühafizə orqanlarının əməkldaşları işləyirlər.

Paytaxtdakı “Qul bazarı”nda işsizlər ordusu -VİDEO

17-dən 70-ə kimi hamısının dərdi eynidir. Hər gün səhər tezdən evdən çıxıb, ailələrinə çörəkpulu gətirmək ümidi ilə buraya üz tuturlar. Gündəlik dolanışıqları üçün bəzən ən çətin, ən ağır işləri görməyə, onlara verilən bir günlük çörək pulu ilə razılaşmağa məcbur qalırlar. Söhbət paytaxtın mərkəzində, Nizami rayonunda, Xalq Dostluğu körpüsünün altında təşkil olunan qul bazarındakı fəhlələrdən gedir. […]

Tramp məni özünə çəkdi və… – Macar gözəli

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp haqqında yeni qalmaqal ortaya çıxıb. Axar.az xəbər verir ki, Macarıstanın keçmiş gözəllik kraliçası Kata Saka ölkəsində yayımlanan bir verilişdə Trampın ona 2013-cü ildə əxlaqsız təklif etdiyini bildirib. Saka bildirib ki, Moskvada keçirilən gözəllik müsabiqəsindən sonra Tramp vizit kartını ona verib və qaldığı otel otağının nömrəsini soruşub. Macar gözəl həmin […]

İŞİD 13 din xadimini oğurladı

İŞİD terrorçuları Əfqanıstanın cənubundakı Nanqarxar əyalətində 13 üləmanı oğurlayıb. APA-nın verdiyi məlumata görə, din xadimlərindən ibarət qrup bu gün səhər əyalətin Haski Mina rayonundakı mədrəsədə tələbələr üçün imtahan təşkil edib. Həmin vaxt İŞİD terrorçuları mədrəsəyə hücum edib və 13 üləmanı da özləri ilə götürərək naməlum istiqamətdə gediblər. Hüquq-mühafizə orqanları din xadimlərinin azad edilməsi üçün tədbirlər […]

Bu səbəblərdən qadından Peyğəmbər olmur…

“Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, cəmi aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur. Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et! (Namaz qılanlarla bir yerdə namaz qıl!)” “Quran”, “İmran ailəsi” surəsi, 42-43. Bildiyimiz kimi, İslam dini və onun müqəddəs kitabı […]

Maliyyə Palatasına daha bir səlahiyyət verildi

Maliyyə Bazarlarına Nəzarət Palatasına yeni səlahiyyət verilib. Cumhuriyyet.az  APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 567 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” 13 yanvar 2017-ci il […]

Məktəbdə biabırçılıq: müəllim şagirdi döydü – VİDEO

Azərbaycanda məktəbdə müəllimin şagirdi döydüyü anlar kameraya düşüb. Video Lənkəran rayonu Şiyəkəran kəndində Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə çəkilib. Şagirdlərin bildirdiyinə görə, şagirdi döyən şəxs Namiq Qəhrəmanov adlı müəllimdir. Müəllimin 9-cu sinif şagirdini döyməsinə səbəb isə dərsdə nizam intizamı pozmasıdır.

İran nüvə razılaşması ilə əlaqədar ABŞ-a xəbərdarlıq edib

“ABŞ prezidenti Planı bir kənara qoymaq üçün qərar qəbul edərsə, baş verənlərlə görə məsuliyyəti özü daşımalıdır” Əgər ABŞ-ın yeni hökuməti Hərtərəfli Birgə Fəaliyyət Planını (HBFP) icra etməzsə, İran tez bir zamanda nüvə fəaliyyətlərini əvvəlki formada davam etdirəcək. APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün İranın xarici işlər nazirinin beynəlxalq və hüquq məsələləri üzrə müavini […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2017
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031