Əli İnsanovun 17 minlik borcu silindi – FOTO

Vergilər Nazirliyi “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş şəxslərin siyahısını açıqlayıb. Moderator.az xəbər verir ki, vergi borcu silinənlər içərisində eks səhiyyə naziri, hazırda məhbus həyatı yaşayan Əli İnsanaov […]

“Bu Qanun layihəsini qısa zamanda müzakirəyə çıxarıb qəbul etməliyik”- Qənirə Paşayeva

Millət vəkili Qənirə Paşayeva “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsinin qısa zamanda qəbul edilməsinə çağırıb.  Millət vəkili Qənirə Paşayeva Milli Məclisin Səhiyyə Komitəsinin islasında “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsinin Milli Məclisdə Fevral ayında başlayacaq Yaz sessiyasında müzakirəyə çıxarılması təklifi ilə çıxış edib. Millət vəkili belə bir qanuna ciddi ehtiyac olduğunu deyib: “Çoxlu sayda ailələr bizə müraciət […]

“Nə olardı ki, yağış yağanda jurnalistlər arxı açardı…” – – Merdən məsləhət +Video

Yağış zamanı Binəqədi rayonunda gölməçələr yarandı. Onu da iki-üç gün ərzində yox eləyə bildik. Cumhuriyyet.az  xəbər verir ki, bu sözləri “ATV Xəbər”ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib. O, hadisəni işıqlandıran jurnalistlərə məsləhət də verib: “Bilin ki, fövqəladə hadisə vaxtı fövqəladə hadisə baş verər. Ona görə bizə də 2-3 gün vaxt verin. […]

Göydən başımıza qızıl yağacaq, ikinci Ay peyda olacaq – 6 il sonra DÜNYANI NƏ GÖZLƏYİR?

NASA Günəş Sistemindəki bir asteroiddə olan qiymətli maddələrin dünya iqtisadiyyatının 137 min qatı qədər dəyərli olduğunu aşkarlayıb. Publika.az xəbər verir ki, Yupiter və Mars planetlərinin arasında olan asteroiddə 10 katrilyon dollar dəyərində nikel, dəmir və qızıl kimi maddələr var. Dünya iqtisadiyyatının ümumi dəyəri isə 73,7 trilyon dollardır. NASA 200 kilometr həcmində olan asteroidə 2023-cü ildə […]

6-cı sinif şagirdi intihar edib – Şabranda

Şabran rayonunda intihar olub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Daşlıyataq kəndində qeydə alınıb. 2005-ci il təvəllüdü Mütəllimov Elnur Sahib oğlu özünü asıb. 6-cı sinif şagirdi olan E. Mütəllibovun intiharının səbəbləri araşdırılır. Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Cumhuriyyet.az

Bağçada tərbiyəçi tərəfindən döyüldüyü deyilən uşaqla bağlı AÇIQLAMA

“Uşağın dodağındakı yara bağçaya gələndə olub, səhər-səhər onu qoparıb və qanayıb. Dodağındakı yaranın səbəbi isə soyuqdəymədir. Başında isə heç bir zədə olmayıb. Bu məlumatı uşağın anası da təsdiqləyib”. Bunu Publika.az-a açıqlamasında 193 saylı körpələr evinin direktor müavini Çiçək müəllimə (soyadını söyləmədi -red.) paytaxt sakini Umud Qocayevin ötən gün bağçada Qala adlı müəllimə-tərbiyəçi tərəfindən döyülməsi iddiasına […]

Bakıda intihara cəhd edilib

Bakıda 36 yaşlı kişi intihara cəhd göstərib. “Report”un xəbərinə görə, hadisə Dənizkənarı Milli Park ərazisində qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü R.N. intihar etmək məqsədilə park ərazisindəki saat qülləsinə çıxıb. Ərazi üzrə xidmət göstərən Post Patrul Xidməti Bölüyünün əməkdaşları intiharın qarşısını alıblar. Faktla bağlı araşdırma aparılır.

Neft yatağında QƏZA: ölənlər var

İranın neft yataqlarından birində qaz sızması (zəhərli hidrogen sulfid qazı) ölümlə nəticələnib. Hadisə “Nərgizi” neft yatağı ərazisində baş verib. Yataqda qaz sızması nəticəsində azı 3 nəfərin zəhərlənərək öldüyü bildirilir. Qəzanın səbəbləri hələ məlum deyil, araşdırma aparılır. (trend)

Vaxtı keçmiş malların bir hissəsi yenidən satışa qayıdır – DİQQƏTLİ OLUN

“İstehlak bazarında aparılan yoxlamaların təhlili göstərir ki, qarşılıqlı razılaşmaya əsasən bəzi pərakəndə ticarət obyektlərində istifadəyə yararsız hala düşmüş-saxlama və yararlılıq müddəti bitmiş, temperatur rejimi və saxlama şəraitinin pozulması nəticəsində keyfiyyətini itirmiş məhsullar pərakəndə ticarət obyektləri tərəfindən satışdan çıxarılaraq mal göndərən təşkilatlara geri qaytarılır”. Bu haqda “İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Azər Sərdarov […]

Antarktida barəsində çox maraqlı faktlar

Bu gün Bizim Yol.Biz sizə buzlarla örtülü bu tənha və uzaq qitə barəsində maraqlı faktlar təqdim edəcək. Antarktidada Alp dağları böyüklüyündə dağ massivi mövcuddur. Bu dağlar sovet geofiziki Georgi Qambursevin  şərəfinə Qambursev dağları adlandırılıb. Dağların mövcudluğu 1958-ci ildə bu alim tərəfindən kəşf edilib. Dağ massivinin uzunluğu 1300 km, eni 200-500 km. təşkil edir. Ən yüksək […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2017
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031