ABŞ-ın ən yaxın müttəfiqi Trampla görüşə gəlir

Böyük Britaniyanın Baş naziri Tereza Mey gələn həftə ABŞ-a səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Teleqraf” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Səfər zamanı əsas müzakirə mövzuları ikitərəfli münasibətlər, Trampın Rusiya və NATO yanaşmaları olacaq. Mey həmçinin NATO-nun müdafiə xərclərinin artırılmasını və bütün üzvlərin öz ümumdaxili məhsullarının 2%-ni bu xərclərə yönəltmək məsələsini […]

Lavrova sual verən azərbaycanlı jurnalist işdən qovuldu

Lider TV-nin Rusiyadak müxbiri Anar Həsənovun işindən kənarlaşdırıldığı bildirilir. Bu barədə Musavat.com-a məlumatlı mənbə xəbər verib. Onun sözlərinə görə, 4 gün öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrova gözlənilməz sual verərək, onun açıq danışmasına və  “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil”, – deyə cavab verməsinə səbəb olmuş jurnalistin […]

“Piter Elçin”in qardaşı Masallıda necə öldürüldü? – Yeni təfərrüat

Kriminal avtoritet “Piter Elçin” ləqəbli Elçin Maşallah oğlu İsmayılovun qardaşının qətli ilə bağlı yeni təfərrüat məlum olub. Bu barədə musavat.com-a İsmayılovların qohumları məlumat verib. Əvvəlcə onu qeyd edək ki, “Piter Elçin”in 1979-cu il təvəllüdlü qardaşı Fariz İsmayılov ötən il dekabrın 21-də Masallı rayonunun Türkoba kəndi yaxınlığında öz avtomobilində qətlə yetirilib. 4 qardaş olan İsmayılovlardan artıq […]

İlham Əliyev 4 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin yaradılması ilə əlaqədar bəzi komissiyaların tərkibində dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Fərmanda deyilir: “1. “Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən […]

Nizami Qocayevlə bağlı ədliyyə nazirinə ilginc şikayət – Belə bir adamı necə rəis qoyublar?

Gəncə Məhkəmə Qərarlarınının İcra İdarəsinin rəisi Nizami Qocayev və Kəpəz rayon məhkəməsinin sədri Vəli Abdullayevdən şikayət edən əlil uşaq anası Sevil Allahverdiyeva Moderator.az-a göndərdiyi müraciətdə bildirir ki, əlil qız övladı haqqında verilən məhkəmə qətnaməsi 13 ildir ki, icra olunmur. Şikayətçi Sevil Allahverdiyevanın məktubunu təqdim edirik: “Bütün İctimaiyyətə, media nümayəndələrinə, sosial şəbəkə istifadəçilərinə, eləcə də Ədliyyə […]

Bakıda gecə temperatur 0 dərəcəyə düşəcək

Bakı və Abşeron yarımadasında yanvarın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün ikinci yarısında bəzi yerlərdə yağış yağacağı, axşama doğru sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-5° isti, Bakıda gecə 0°-yə […]

Dünən Azərbaycanda 95 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 34-ü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı […]

Keçmiş baş prokurordan baş nazirə -AĞIR İTTİHAM…

Moderratora.az açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 20 yanvar faciəsinin səbəbkarlarından birinin də Azərbaycanın hazırkı baş naziri Artur Rasizadə olduğunu deyib. Partiya sədrinin sözlərinə görə, Rasizadə Moskvaya məktub yollayaraq Sovet qoşunlarını Azərbaycana dəvət edib. Məsələ ilə bağlı Moderator.az -a danışan Azərbaycanın keçmiş baş prokuroru Əli Ömərov da Hafiz Hacıyevin dediklərinin həqiqət olduğunu deyib: […]

Köçkünlərin statusu ilə bağlı qanuna dəyişiklik edildi

Azərbaycan Prezidenti İlham Əliyev “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 484-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabineti 1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu […]

Bakıda yarım milyon manatlıq maşını kim satır? Fotolar

Bakıda qiyməti 499 min manata maşın satışa çıxarılıb.   Baku.ws-in məlumatına görə,  2014-cü il istehsahsalı olan avtomobilin fotoları avtomobil satışı həyata keçirən saytlarından birində yerləşdirilib. Maşının markası Rolls-Royce, modeli isə Ghostdur. Yürüşü 5 min km olan avtomobilin mühərrikinin həcmi 6,5 litrdir. Mühərrikin gücü isə 650 at gücüdür. Avtomobilin fotolarını təqdim edirik:

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2017
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031