Nərimanov rayonunda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Qadınlar Şurasının və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatı […]

Ermənistan müharibədə “İskəndər”dən istifadə edəcək?

Xəbər verdiyimiz kimi Ermənistanın müdafiə naziri Viqen Sarkisyan “RİA Novosti”yə müsahibəsində Qarabağ döyüşlərində lazım gələrsə, erməni tərəfinin “İskəndər” raketlərindən istifadə edə biləcəyini açıqlayıb. Məsələyə münasibət bildirən politoloq Arzu Nağıyev açıqlamasında bildirib ki, nazirin belə açıqlama verməsinə baxmayaraq, Ermənistan bu silahlardan özbaşına istifadə edə bilməz: “Düşünürəm ki, burada bir neçə məqam var. İlk növbədə Ermənistanın həqiqətən […]

Usubov Vidadi Zeynalovun rəis qohumunu işdən qovub – Polkovnik hara qaçıb?

Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdəki aparat rəhbəri Vidadi Zeynalovun vəzifədə işləyən qohumları, işbirliyində olduğu şəxslərin bir qismi görəvdən alınır. Cumhuriyyet.az  xəbər verir ki, belə şəxslərdən bir də Naftalanın polis rəisi işləmiş polkovnik Mübariz Mehralıyevdi. O, ötən ilin sentyabr ayında vəzifəsindən azad olunub. Həmin vaxt rəisin təqaüdə göndərildiyi deyilsə də, əslində, onun Daxili İşlər Orqanlarından […]

Ordumuz şəhid verdi

Azərbaycan ordusu şəhid verib. Müdafiə Nazirliyindən  verilən məlumata görə, fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Xəlilov Xanoğlan İntizam oğlu şəhid olub. Cumhuriyyet.az

Ölümdən sonra həyat var: ELM SÜBUT ETDİ

Britaniyalı alimlər ölümdən sonra həyatın mövcudluğunu sübut ediblər. Bu iddianı isbat edən tədqiqat iki ildən çox davam edib. Eksperimentdə 2 min nəfər iştirak edib. Onların hamısı daha öncə kliniki ölüm keçiriblər. Alimlər ürək dayanandan sonra beynin hələ 30 saniyə işlədiyini müəyyən ediblər. Bu saniyələr ərzində insanın beynində xatirələr canlanır. Bəzi eksperiment iştirakçıları bildiriblər ki, kliniki […]

Ordumuzun xanım snayperləri: düşmənə QAN AĞLADAN QIZLARIMIZ – FOTO/VİDEO

Azərbaycan Ordusunun hazırda Cənubi Qafqazın ən güclü silahlı qüvvələri olduğu faktdır. Ordumuzun özəlliyindən biri də güclü fiziki və psixoloji hazırlığa malik olan xanım snayperləridir. Cumhuriyyet.az  Sənədli və Tədris Filmləri Kinostudiyasının bir müddət öncə xanım snayperçilərimizlə bağlı hazırladığı sənədli filmi təqdim edir. (Publika.az)

Meyitxanalarda minlərlə cəsəd: Türkiyə üçün BÖYÜK TƏLƏ HAZIRLANIR

“Fərat Qalxanı” hərəkatı çərçivəsində Əl-Babın İŞİD-dən təmizlənməsindən sonra gözlər Rakka əməliyyatına çevrildi. Almaniya səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyənin baş naziri Binəli Yıldırım Rakkada əməliyyata birbaşa qatılmayacağını, taktikı dəstək verəcəklərini bildirib. Publika.az Haber7” saytına istinadən xəbər verir ki, mütəxəssislər Türkiyənin əməliyyata birbaşa qatılmamasının haqlı səbəblərinin olduğunu söyləyir. Təhlükəsizlik üzrə mütəxəssis Abdullah Ağar bildirir ki, […]

Sabiq nazir müavini Musa Pənahovun və oğlunun biznes imperiyası – MÜDHİŞ SƏRVƏT

Bəzi məmur övladlarının harınlığı və ifrata çatmış varidatı ilə bağlı xəbərlər vaxtaşırı ölkə gündəmini məşğul edir, mətbuatda işıqlanır. Bu halda bəzən onların ataları cəzalandırılır, özləri isə məzəmmətə məruz qalır. Lakin üstündən bir az keçdikdən sonra hər şey keçmişdə olduğu kimi davam edir: onlar haqqında xoş olmayan soraqları gəlir. Musavat.com bu dəfə ləğv edilmiş Nəqliyyat Nazirliyinin […]

Dövlət xəstəxanaları pulsuzdur – Daha bir iddia

Səhiyyə naziri korrupsiya ilə mübarizə tədbirlərinin gücləndirilməsinə dair əmr imzalayıb. Fevralın 20-də imzalanan sənəd «Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə» adlanır. Cumhuriyyet.az  xəbər verir ki, AzadlıqRadiosu Milli Məclisin in Səhiyyə Komitəsinin üzvü Rafiq Məmmədhəsənovdan müsahibə alıb. Rafiq Məmmədhəsənov tibb elmləri doktoru, əməkdar elm xadimi, YAP siyasi şurasının üzvüdür. – Rafiq müəllim, səhiyyə naziri korrupsiya ilə […]

Dağüstü parkda intihar

Dağüstü parkda 69 yaşlı kişi sirkə turşusu içərək intihar edib. “Report”un xəbərinə görə, hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, Dağüstü park ərazisində 1948-ci il təvəllüdlü Hüseynov Cahangir Kamil oğlu intihar etmək məqsədilə sirkə turşusu içib. O, parkda olan şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. C.Hüseynov xəstəxanada ölüb. Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2017
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728